21:50 03.09.2025 1113

"Rüfət ilə Bəxtiyarı da milliyə çağırmaq olardı" - Əsədov bütün gücü İslandiya ilə oyuna qoymağı məsləhət görür

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində mübarizəyə İslandiyada start verəcək. Yığma sentyabrın 5-də İslandiya millisi ilə üz-üzə gələcək. Tanınmış futbol mütəxəssisi, yığmanın sabiq məşqçisi Arif Əsədovla əlaqə saxlayıb təmsilçimizin bu tsikldəki ilk qarşılaşmasından nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"İlk öncə onu deyim ki, çətin qrupa düşmüşük. Müxtəlif oyun tərzinə malik komandalarla qarşılaşacağıq. İslandiyanin özünəməxsus oyun üslübü var. Daha çox, belə deyək, atletik futbola üstünlük verirlər. İkili mübarizələrdən çox vaxt qalib çıxırlar. Standartlardan yaxşı istifadə edirlər. Bu tipli komandalarla oyunlarda bizdə adətən, çətinlik yaranır. Səfərdə oynayırıq. Uzun bir yol qət edib millimiz, saat fərqi də öz təsirini göstərir. Amma bütün bunlara baxmayaraq, millimizdən xal almasını gözləmək olar. Nə qədər çətin olsa da, məğlubedilməz komanda yoxdur və futbolda da mümkünsüz heç nə yoxdur. Ümid edək ki, millimiz burdan bir xal alaraq dönəcək".

Əsədov heyət seçimi ilə bağlı fikirlərini belə çatdırdı:

"Çağırılan futbolçulara diqqət etsək, demək olar, optimal heyətdir. Yəni üzdə olan əksər futbolçular milliyə dəvət olunub. Bəzi istisnalar var, məsələn, Rüfət Abdullazadəni dəvət etmək olardı. Həmişə deyirik ki, daha çox legioner futbolçularımız olsun, qırağa çıxsınlar, oynasınlar ki, millimizə xeyir versinlər. Rüfət də Xorvatiya çempionatında çıxış edir, hardasa ona da diqqət yetirmək olardı. Yerli çempionatda oynayan futbolçulardan Bəxtiyar Həsənzadəni də cəlb eləmək olardı. Çünki "Araz-Naxçıvan"da stabil oynayan futbolçularımızdandır. Konfrans Liqasında da daim əsas heyətdə oynayıb. Təbii ki, bu mənim şəxsi fikrimdir. Seçimi isə baş məşqçi edir və onun qərarlarına hörmətlə yanaşmaq lazımdır. Futbolçuların hazırki durumu nə yerdədir, düşərgədə olmadığımız üçün dəqiq bilmirik. Amma çempionatdakı müşahidələrimizə, kənardan gördüklərimizə əsasən müəyyən mülahizələr səsləndirə bilərik. Bəzi futbolçular oyun təcrübəsi baxımından əziyyət çəkir. Çağırılanlardan 10-11 nəfər olar ki, öz klublarında daim oynayırlar. "Qarabağ"lıları, kənarda oynayanlardan Mahir Emrelini, Anton Krivotsyuku nəzərə alsaq, optimal "11-lik" düzəlir. Ancaq məsələ burasındadır ki, millimiz qarşıdakı bir həftədə ardıcıl 2 oyuna çıxacaq. Uzun və yorucu səfər, zədə və vərəqə ehtimalı nəzərə alınmalıdır. Qüvvələri iki oyuna bölüşdürmək lazım gələ bilər. Amma strateji yanaşmaq gərəkirsə, əsas gücü İslandiya ilə səfərdəki oyuna ayırmaq lazımdır. Geriyə yol, ilk oyundakı güc sərfi Ukrayna ilə Bakıdakı oyunda problem yarada bilər. Odur ki, səfərdən minimum 1 xalla dönməyə çalışmalıyıq".

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
16:21

"Tottenhem"də yeni müqavilə - RƏSMİ

16:03

"Qazaxıstanın qarşısında aciz görünməyimiz ciddi siqnaldır" - Həsənov problemləri sadaladı

15:44

"Barselona" Raşfordla bağlı qərarını qətiləşdirdi - SON DURUM

15:26

İstanbul təmsilçisi Şevalye üçün PSJ-yə təklif göndərməyə hazırlaşır

15:07

Norveç millisi mundiala xüsusi tədarüklə yollanacaq

14:49

"Mançester Yunayted" 6 futbolçusu ilə vidalaşdığını rəsmən açıqladı

14:30

Argentina millisinin qapıçısı İtaliya klubuna keçir - Maaşı açıqlandı

14:12

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

13:53

"Messini məğlub edəcəyik" - Əlcəzairli futbolçu meydan oxudu

13:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:21

"Şəfa" növbəti transferini rəsmiləşdirdi

13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

09:00

Azər Bağırovun 6 aylıq sıradan çıxan futbolçu ilə bağlı qərarı bilindi

03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

Facebookdan bizi izləməyi unutmayın.
X