15:06 20.10.2025 742

"Narahatlıq var ki, fasilə "Qarabağ"ı tonusdan sala bilər" - Arif Əsədov

UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk 2 turunda "Benfika"nı səfərdə (3:2), "Kopenhagen"i isə evdə (2:0) yenən "Qarabağ" oktyabrın 22-də Bilbao "Atletik"inin qonağı olacaq. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov ilə əlaqə saxlayıb İspaniyadakı qarşılaşmadan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" Çempionlar Liqasında qazandığı 2 parlaq qələbə ilə hər kəsi sevindirdi. İnanırıq ki, "Atletik Bilbao" ilə də uğurlu seriyanın davamını gətirmək mümkün olacaq. Hərçənd, narahatlıq var ki, mlli komandaların oyunları ilə bağlı yaranan fasilə komandamızın ziyanına işləyə bilər. Həm fasilə, həm də millinin üzvlərinin yoxluğu komandanı tonusdan sala bilər. "Turan Tovuz"la son çempionat oyununun əvvəlində bu baxımdan sıxıntı daha çox hiss olunurdu. Ancaq Qurban Qurbanovun yetirmələri buraxdıqları qola reaksiya göstərib matçı xilas edə, əzmkar qələbə qazana bildilər. Qısa müddətdə futbolçuları yenidən kökləmək, çətin ÇL oyununa hazırlamaq lazım gələcək. "Atletik" La Liqada liderlər mövqeyində olmasa da, biz İspaniya çempionatındakı sürətə, tempə bələdik. Ulduzları olmayan bilbaolular komanda oyununa üstünlük verirlər.  Ernesto Valverde kimi təcrübəli məşqçiləri var, səhv etmirəmsə, 3-4 ildi onun rəhbərliyi altında çıxış edirlər. "Braqa" və "Kopenhagen" üzərində qələbələrdən sonra "Atletik" də təmsilçimizi ciddiyə alacaq. Ancaq "Qarabağ" artıq sübut edib ki, istənilən komandaya qarşı oynaya, nəticə qazana bilir. Təsadüfi deyil ki, futbol ictimaiyyəti onlardan İspaniyada xal və xallar gözləyir. Ağdamlıların ilk dəqiqələrdən daha diqqətli davranıb sonradan öz oyununu diqtə edəcəklərinə inamım böyükdür. Təmsilçimizə qarşıdakı oyunda da uğur arzulayıram".

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Atletik" - "Qarabağ" matçının start fiti Bakı vaxtı ilə 20:45-də səsləndiriləcək.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

Facebookdan bizi izləməyi unutmayın.
X