12:05 27.10.2025 1462

“Qarabağ” büdrədi, “Turan Tovuz” yenidən lider oldu – Tura baxış

Misli Premyer Liqasının IX turu lider dəyişikliyi ilə yadda qaldı. “Qarabağ” “Şamaxı”nın müqavimətini qıra bilməyincə xal itirdi. Bu isə “Karvan-Yevlax”ı üstələyən “Turan Tovuz”un işinə yaradı. Qərb təmsilçisi yenidən lider kürsüsünə qalxdı. Bu tur “Zirə” ilə “Araz Naxçıvan” da vacib xallar qazandılar və liderlərdən uzaq düşmədilər.

"Karvan-Yevlax"– "Turan Tovuz" 1:2
Qollar:
Şakil Sno, 69 - Alexandro Serrano, 71. Roberto Olabe, 79.
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 7. Araz Abdullayev, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 18. Süleyman Əhmədov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 3. Said İranxan, 8. Peter Kings, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov.
“Turan Tovuz”: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. Vadji İbrahima.
Baş məşqçi: Kurban Berdiyev.

“Turan Tovuz”a bu qarşılaşmada 3 xal əzmkarlıq bahasına başa gəldi. Çünki nominal meydan sahibləri ilk qolu vurmağı bacardılar. İlk yarısı sönük keçən qarşılaşmada hesabı 69-cu dəqiqədə Sno açdı. Amma bu qol “Turan Tovuz”u şoka salmadı. Əksinə, cəmi iki dəqiqə sonra Serrano hesabı bərabərləşdirdi. Səviyyə fərqinin hiss olunduğu görüşdə yekun hesab “Turan Tovuz”un xeyrinə oldu. Kurban Berdıyevin yetirmələri azarkeşlərini 79-cu dəqiqədə sevindirdilər. Olabe qələbə topunu məhz həmin dəqiqədə vurdu.
Liderliyini “Turan Tovuz”un 18 xalı var. “Karvan-Yevlax” isə cəmi 5 xal toplayıb və tək təsəllisi “Kəpəz”i qabaqlamasıdır.

"Kəpəz" – "İmişli" 0:3
Qol:
Juninyo, 45+3, Dioqo Almeyda,60. Rafael Vieqaş, 85
Qırmızı vərəqə: Məhəmməd Hüseynov
“Kəpəz”: 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feijao, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo.
Baş məşqçi: Azər Bağırov
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 10. Nikola Karaklaiç, 17. Ezekiel Morqan.
Baş məşqçi: Jorj Kaşkilya.

Ötən tur “Şamaxı”nı böyük hesabla məğlub edən və azarkeşlərini ümidləndirən “Kəpəz” bu uğurun davamını gətirə bilmədi. Bu tur gəncəlilər “İmişli”yə məğlub oldu. Özü də 0:3 hesabıyla. Düzdür, oyunun gedişində azlıqla qalan “Kəpəz” bütün qolları məhz qapıçı Məhəmməd Hüseynovun meydandan qovulmasından sonra buraxdı. Legioner “çərçivə” qoruyucusu Kaçper Rosa isə buraxılan qollarda “böyük pay” sahibi oldu. Fasilə ərəfəsində hesabı açan “İmişli” ikinci hissədə daha iki qol vurmaqla böyük hesablı qələbəyə sevindi.
Aktivinə 3 xal əlavə edən aran təmsilçisi 12 xalla 7-ci pilləni tutur. Turnir cədvəlinin sonuncusu “Kəpəz”in isə cəmi 3 xalı var.

"Araz-Naxçıvan" – "Sabah" 2:2 
Qollar:
İssuf Paro, 58. Muaka Simakala, 90+9 - Stiv Solvet, 54. Coy Lens Mikels, 73-pen.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 8. Coşqun Diniyev, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
“Sabah”: 92. Stas Pokatilov (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.

“Araz Naxçıvan” bu tur Mərdəkandan Masazıra köç etmişdi. Onlar nominal meydan sahibi kimi “Sabah”ın stadionunda elə “Sabah”ın özünü qəbul edirdilər. “Bayquşlar”ın bu fürsəti dəyərləndirəcəyi və qarşılaşmadan 3 xalla ayrılacağı gözlənilirdi. Onlar buna çox da yaxın idilər. Amma son saniyələrdə qələbə əldən çıxdı. Bu qarşılaşmada da komandalar ikinci hissədə coşdu. İlk hissəsi qolsuz keçən görüşün ikinci yarısında qapılara 4 qol vuruldu. “Sabah” iki dəfə hesabda önə keçsə də, bu üstünlüyü qorumaq mümkün olmadı. Muaka Simakalanın qolu isə oyunun 99-cu dəqiqəsində vuruldu. “Sabah”ı da narazı salan əsas vaxta 5 dəqiqə əlavə edən hakim Rəşad Əhmədovun görüşü 99-cu dəqiqəyə qədər davam etdirməsi oldu. Amma bu narazılıqlar nəticəni dəyişmir. Biz isə öz növbəmizdə heç-heçənin görüşün axarına uyğun olduğunu qeyd etməliyik.
4-cü pillədəki “Araz Naxçıvan”ın 16 xalı var. 15-ci xalını qazanan “Sabah” isə ondan 1 pillə geri qalır.

"Zirə" – "Sumqayıt" 1:0 
Qol:
Brahim Konate, 37.
“Zirə”: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 28. Leroy Mikels, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

Bu tur “Zirə” çox vacib qələbə qazandı. Rəşad Sadıqovun komandası ötən həftə “Sabah”dan çox ağır məğlubiyyət almışdı. Turnir cədvəlindəki mövqeyini itirməmək baxımından “Sumqayıt”ı məğlub etmək çox vacib idi. Qəsəbə təmsilçisi doğma meydanda bunu bacardı. “Zirə”yə qələbə gətirən qola 37-ci dəqiqədə Konate imza atdı. Qalan vaxt ərzində qapılara başqa qol vurulmayınca görüş “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşdı. 
Bu qələbə sayəsində xalını 16-a çatdıran “Zirə” 3-cü pillədə qərarlaşıb. 14 xallı “Sumqayıt” ekvator xəttində yer alıb.

“Qəbələ” – “Neftçi” 0:2 
Qollar:
İfeanyi Metyu, 72. Vensan Abubakar, 81.
"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 3. Eduardo Kunde, 70. Paulo Kimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Tsxadadze.
"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 4. Elvin Camalov, 15. Elvin Bədəlov, 14. Edvin Kuç, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 6. Sessi D Almeyda, 18. İfeanyi Metyu, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

“Neftçi” Qəbələdə vacib qələbə qazandı. Samir Abasov sözsüz ki, bu qələbəyə görə komandanın yeni transferi Abubakara ürəkdən minnətdar olmalıdı. Kamerunlu forvard meydana çıxmazdan əvvəl meydan sahibləri dominant tərəf idi və real qol vəziyyətlərinin sayına görə “Neftçi”ni üstələyirdi. Çətin məqamda Abubakarın təcrübəsi həlledici oldu. Təcrübəli forvard meydana çıxan kimi topa yüngül toxunuşla Metyuya məhsuldar ötürmə verdi. Hesab açıldıqdan sonra “Neftçi” rahatlaşdı. Çox keçmədi ki, Abubakar özü də qol vurdu. Bu dəfə Ortis sona qədər döyüşərək Abubakara əla ötürmə etdi. “Neftçi”nin yeni qol ümidinə topu tora qovuşdurmaq qalırdı və o, bu fürsəti qaçırmadı.
2:0 hesablı qələbəyə sevinən “Neftçi” 12 xalla 8-ci pillədə qərarlaşıb. “Qəbələ” isə 5 xalla 10-cu sırada qaldı.

“Qarabağ” – “Şamaxı” 0:0 
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 7. Nəriman Axundzadə 8. Marko Yankoviç 3. Sami Mmae 18. Dani Bolt 15. Leandro Andrade 6. Kris Kuaku 21. Aleksey Kaşuk 11. Emmanuel Addai
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 35. Pedro Bikalyo 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
“Şamaxı” 1. Rikardo Fernandes 17. Rafael Məhərrəmli (k) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 5. Arsen Ağcabəyov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 90. Davud Mənsumov 6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ” doğma meydanda büdrədi. Ötən tur “Kəpəz” qarşısında aciz qalan “Şamaxı”nın müdafiə xətti “Azərsun Arena”da “Qarabağ” üçün keçilməz oldu. Düzdür, Qurban Qurbanov ilk dəqiqələrdə ekspremental heyət meydana buraxmaqla Bilbaoda oynayanlara istirahət imkanı yaratmışdı. Amma 60-cı dəqiqədən sonra Zubir, Kadi kimi futbolçular da oyuna qoşuldu. Di gəl ki, onların da çoxsaylı cəhdləri fayda vermədi və “Qarabağ” “Şamaxı”nın qapısına yol tapa bilmədi. Belədə görüş qolsuz bərabərliklə başa çatdı.
Bir oyunu ehtiyatda olan “Qarabağ” 17 xalla ikinci yerlə kifayətlənib. 9-cu yerdəki “Şamaxı”nın isə 10 xalı var.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

Facebookdan bizi izləməyi unutmayın.
X