
Futbol üzrə İspaniya millisi tarixinin ən uzun məğlubiyyətsizlik seriyasına imza atıb.
Fanat.Az xəbər verir ki, son Avropa çempionu buna DÇ-2026-nın seçmə mərhələsində səfərdə Gürcüstanı üstələməklə (4:0) nail olub.
"Buğalar" bütün turnirlərdə ardıcıl 30 rəsmi oyundur ki, məğlubiyyət tanımırlar. Son Avropa çempionu bunların 25-də qələbə qazanıb, 5-də heç-heçə edib.
İspaniya seçməsinin əvvəlki rekordu 2010-cu ilin iyunundan 2013-cu ilin iyununadək olan dönəmi əhatə etmişdi. Sözügedən yığma həmin vaxt ardıcıl 29 görüşdə uduzmamışdı.