
Azərbaycanın daha bir sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, üçüncü yer uğrunda misirli Abdelrahman Şeyatana 5:0 hesabı ilə qalib gələn təmsilçimiz bürünc mükafatı aktivinə yazdırıb.
Qeyd edək ki, daha əvvəl Arseniy Djioyev (86 kq) qızıl, Ağanəzər Novruzov (74 kq) gümüş, Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal qazanıb.