
İngiltərənin "Nottingem Forest" klubu "Fənərbaxça"nın müdafiəçisi Arçi Braun üçün rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, "A Spor"un yaydığı xəbərə görə, İngiltərə təmsilçisi Braun üçün 16 milyon avro təklif edib.
Lakin Türkiyə klubu futbolçu üçün 18 milyon avro bonservis haqqı tələb edir.
Tərəflər arasında danışıqların davam etdiyi və transferin yaxın günlərdə rəsmiləşə biləcəyi bildirilir.