
"Milan" klubunun idman direktoru İgli Tare Xorvatiya futbolunun canlı əfsanəsi Luka Modriçin daha bir mövsüm komandada qalacağına dair nikbin açıqlamalar verib.
Fanat.Az beynəlxalq "DAZN" idman kanalına istinadən xəbər verir ki, İtaliya nəhəngi təcrübəli yarımmüdafiəçiyə rəsmi olaraq yeni bir illik müqavilə təklif edib.
Hazırda 40 yaşı olan ulduz futbolçunun rəhbərliklə şəxsi şərtləri müzakirə etdikdən sonra gələcəyi ilə bağlı yekun qərarını tezliklə açıqlayacağı gözlənilir.
Meydandakı liderliyi və ötürmə keyfiyyəti ilə gənclərə nümunə olan Modriçin komandada qalması "rossonerlər"in gələn mövsüm çempionluq yolundakı ən böyük üstünlüyü hesab olunur.