19:28 25.05.2026 382

Bütün Tovuzun UEFA-dan gözlədiyi müjdə: Xoş xəbərin təfərrüatları...

"Turan Tovuz" UEFA Konfrans Liqasının təsnifat mərhələsindəki oyunlarını doğma stadionunda keçirmək niyyətindədir. 

Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi müvafiq kateqoriya almaq üçün bir müddət əvvəl UEFA-ya rəsmi müraciət etmişdi.

Qitə futbol qurumu isə öz növbəsində arenada yerinə yetirilməsi vacib olan bəzi şərtləri klubun diqqətinə çatdırmışdı. Həmin çatışmazlıqları aradan qaldırmaq üçün dərhal işə başlayan Tovuz təmsilçisi, Premyer Liqanın son turunda "Sabah"la keçiriləcək qarşılaşmanın Masazırda oynanılmasını istəmişdi.

UEFA nə dedi?

Əldə etdiyimiz məlumata görə, UEFA nümayəndələri bu gün Tovuz şəhər stadionuna baş çəkiblər. Görülən işləri yerindəcə araşdıran rəsmilər stadiona baxış keçiriblər və yenidənqurma prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Bu isə o deməkdir ki, "Turan Tovuz" turnirin II və III təsnifat mərhələsinin oyunlarını doğma arenasında keçirə biləcək.

Məsələ ilə bağlı klubun da mövqeyini öyrəndik. Klubun mətbuat xidmətindən əməkdaşımıza UEFA rəsmilərinin Tovuz stadionuna baxış keçirməsi faktı təsdiqlənib:

"Görülən işlərə yerində baxış keçirdilər. Müsbət rəylə yanaşı, II kateqoriyanın alınması üçün bəzi tövsiyə və məsləhətlərini də verdilər. Rəsmi qərarı isə yaxın günlərdə elan edəcəklər".

Potensial rəqiblər kimlərdir?

Qeyd edək ki, "Turan Tovuz" Konfrans Liqasına II təsnifat mərhələsindən başlayacaq və püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Hazırda klubun 42 potensial rəqibindən 23-ü artıq məlumdur.

Bu komandalar sırasına "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka), "Panatinaikos" (Yunanıstan), "Rakov", "Katovitse" (hər ikisi Polşa), "Partizan" (Serbiya), "Luqano", "Sion" (hər ikisi İsveçrə), AEK (Kipr), "Başakşehir" (Türkiyə), "Riyeka" (Xorvatiya), "ÇFR Cluj" (Rumıniya), HJK (Finlandiya), "Jrinski Mostar" (Bosniya və Herseqovina), "Brann" (Norveç), "Spartak" (Trnava, Slovakiya), "Hradec Kralove" (Çexiya), "Austriya" (Avstriya), "Vaduts" (Lixtenşteyn), "Norşelland" (Danimarka), "Tobol" (Qazaxıstan), "Hibernian" (Şotlandiya) və "HB Torshavn" (Farer adaları) daxildir.

Xatırladaq ki, Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 17-də keçiriləcək. İlk oyunlar iyulun 23-də, cavab qarşılaşmaları iyulun 30-da baş tutacaq.

(Matc.az)

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

Facebookdan bizi izləməyi unutmayın.
X