
UEFA Çempionlar Liqasında çıxış edəcək "Komo"nun ev stadionu ilə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, uğurlu mövsümdən sonra turnirə vəsiqə qazanan İtaliya klubu lazımi infrastruktur tələblərinə cavab vermədiyi üçün oyunları "Giuseppe Sinigalya" stadionunda keçirə bilməyəcək.
"Komo"nun stadionu cəmi 13 min 600 tamaşaçı tutur ki, bu da ÇL səviyyəli yarış üçün kifayət deyil. Buna görə də klub Çempionlar Liqası oyunları üçün alternativ məkan tapmalı olacaq.
"La Gazetta della Sport" "Komo"nun ev oyunlarını 23 mindən çox azarkeş tutumuna malik "Sassuolo" stadionunda keçirəcəyi bildirib.
"Komo" 2025/2026 mövsümünün sonunda 71 xal toplayaraq A Seriyasının turnir cədvəlində dördüncü yeri tutub və bu, onlara növbəti mövsüm Çempionlar Liqasında iştirak etmək hüququ verib.
Mirağa