FIFA 2018-ci il dünya çempionatından sonra ilk dəfə yığma komandaların reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, ötən dövr ərzində heç bir oyun keçirməyən Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 321 xalla 105-ci pillədədi.
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri də mövqeyini dəyişməyib. Farer adaları 90-cı (376 xal), Kosovo 141-ci (197 xal), Malta sə 184-cü (65 xal) pillədə qərarlaşıb.
İlk "onluq"da ciddi dəyişikliklər baş verib. Dünya çempionu Fransa millisi 6 pillə irəliləyərək ilk sıranı ələ keçirib. Mundialın üçüncüsü Belçika 1 pillə irəliləyərək Braziliyanı 3-cü pilləyə salıb. "DÇ-2018"də ikinci olan Belçika 16 pilləlik sıçrayışla 4-cü yerə yüksəlib. Uruqvay 9, İngiltərə 6 pillə irəliləyərək 5-6-cı pillələri tutub. Portuqaliya 3, İsveçrə 2 pillə geriləyib. Bu komandalar müvafiq olaraq 7-8-ci pillələri tutub. İspaniya 1 pilləlik irəliləyişlə 9-cu olub. Danimarka isə 3 pillə irəliləyərək 10-cu yerə yükləsib.
Arentina, Çili, Almaniya və Polşa yığmaları "onluq"dan çıxıb.
Qeyd edək ki, Türkiyə millisi 706 xalla 38-ci pillədəki mövqeyini qoruyub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol