
Bu gün U-21 milliləri AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti matçlarına çıxıb.
Fanat.Az xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycan da 8-ci oyununu keçirib.
Təmsilçimiz İsraili qəbul edib. "Dalğa Arena”da keçiriləcək oyunda Rəşad Sadıqovun yetirmələri ilk qələbəsini qazanmaq arzusuyla meydana ayaq bassa da həsrətə son qoymağı bacarmayıb.
Əvvəlki 7 qarşılaşmada cəmi 1 bərabərliyə imza atan yığmamız səfərdə 1:3 hesabıyla yenildiyi rəqiblə evdə bərabərə qalaraq qrupda ikinci xalını qazanıb.
AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup
6 sentyabr
Azərbaycan - İsrail 1:1
Qol: R.Dadaşov, 1 - Ş.Z.Vayssman, 30
Ziya Əzizov 86-cı dəqiqədə penaltidən yararlana bilməyib.
Hakimlər: Trustin Farruciya Can, Alan Kamilyeri, Luk Portelli, Malkolm Spiteri.
Bakı. "Dalğa Arena”.
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sertan Taşqın (k), 3. Anton
Krivotsyuk, 4. Eltun Turabov, 6. Hacıağa Hacıyev, 8. Budaq Nəsirov, 9. Fəhmin
Muradbəyli, 10. Renat Dadaşov, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 20.
Yusif Nəbiyev.
Ehtiyat
oyunçular: 22. Aydın
Bayramov, 5. Elvin Sərkərov, 7. Fərid Nəbiyev, 11. Barış Ekincier, 13. Ziya
Əzizov, 18. Amin Seydiyev 21. İlkin Muradov.
Baş məşqçi: Rəşad Sadıqov.
İsrail: 1. Assaf Tzur, 2. Yozef Raz Meyr, 3. Yarden Mordehay Kohen,
4. İdan Nakmias (k), 5. Amit Bitton, 6. Neta Lavi, 9. Yonatan Kohen, 11. Şon
Zalman Vayssman, 17. Or Dasa, 20. Qavriel Kaniçovski, 21. Moti Barşazki.
Ehtiyat
oyunçular: 23. Haviv
Ohayon, 7. Omer Lako, 10. Matan Hozez, 12. Raz Nahmias, 15. Ofri Arad, 19. Ehab
Qnayem, 22. Yonas Malede.
Baş
məşqçi: Marko Balbul.
1. Almaniya - 16
2. İrlandiya - 13
3. Kosovo - 11
4. Norveç - 11
5. İsrail - 8
6. Azərbaycan – 2
Fanat.Az