"Qələbə həmişə yaxşıdı, məğlubiyyət isə pis. Əsas oyun yox, 3 xaldı. Komanda hardasa uduzmalı idi. Təəssüf ki, bu nəticə baş verdi".
Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının 7-ci turunda "Səbail"ə səfərdə 0:2 hesabıyla yenilən "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov deyib. Matçın ardından düzənlənən ənənəvi mətbuat konfransına qatılan çalışdırıcı əlavə edib:
"İlk 6 oyunda nəticə pis deyildi. Qələbə olan yerdə məğlubiyyət də var. Deməli, daha yaxşı işləməliyik. Bu gün hesabda geri olsaq da, qol epizodları yarada bildik. Amma "Səbail”in penaltini qaçırdığını da unutmayaq. Küləyi bəhanə etmək düz deyil. Futbolçu küləkdə topun hara gedəcəyini hiss etmədi. Futbolçunun korordinasiyası anlayışı var. Səhv etdik, iki qol buraxdıq”.
Fanat.Az