Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ikinci yarış günü başlayıb.
Qran Priyə tamaşa etmək üçün Azərbaycana gələn azarkeşlər yarış zamanı yaranan fasilələrdən istifadə edərək paytaxtın görməli yerlərini gəzir, eləcə də Dənizkənarı Milli Parkda istirahət edirlər.
Formula 1 yarışını izləmək üçün paytaxtımıza daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
Qeyd edək ki, Bakıda 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır. (Trend)
Fanat.Az