01:50 11.02.2020 3761

AFFA-ya bir “pişik” gəldi və ya Sadıqov piramidanı harda tikir?

Vaqif Sadıqov AFFA-nın vitse-prezidenti seçilər-seçilməz ideya verdi (guya futbol adamdır, futbolun cikini də, bikini də bilir görüntüsü yaratmaq lazımdır axı) ki, Azərbaycanda U-23 yığması yaradılmalıdır.


Fikrini də belə izah etdi ki, yığma komanda piramidanın zirvəsidir (fikir özü də oğurluqdur, Ağasəlim Mircavadova məxsusdur), guya bu piramidanın zirvəsinə çataçatda – U-21-lə əsas yığma arasında boşluq varmış.


Nə deyirəm ki. Amma əvvəlcə gəlin Üzeyir Hacıbəylinin məşhur "Biz nə tövr iş görürük?" felyetonunu birgə oxuyaq. "Məşhur” deməyimə baxmayın, bilirəm ki, bu felyetonu çoxlarınız oxumayıbsınız. Vaqif müəllim isə heç oxumayıb. Nöşün ki, bu felyeton önün iş prinsipinə çox xarakterikdir. Oxusaydı, belə iş görməzdi: "Qonşularımız siçan boyda iş görəndə biz yatmışdıq.


Sonra onların işi böyüyüb keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda iş görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda işi irəliləyib camış yekəlikdə oldu, amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq ki, qonşularımız fil boyda işlər görməyə başladılar.


Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var, biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu? Axırı belə oldu: filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik gəlin təzədən başlayaq.


Ancaq burasını iqrar eləyirik ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə.


Qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir? Camışdır. Başlayırıq camış boyda işlər görməyə, lakin camışa da gücümüz çatmır.


Aşağı enirik (halbuki qonşular fildən yuxarı çıxırlar). Deyirik ki, eşşək boyda işlər görək, amma eşşək də bizə güc eləyir.


Tuturuq keçini. Görürük ki, keçiyə də tap gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə. Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi! Biz belə iş görürük".


Əlqərəz, o siçan boyda iş uşaq futboludur. Vaqif Sadıqovun dediyi o piramidanın bünövrəsidir. Bu bünövrə olmasa, nə U-17, nə U-19, nə U-21 yığması olar, nə də əsas yığma. Necə ki, yoxdur Azərbaycanda.


Amma Vaqif müəllim bu olmayan yığmaların arasına U-23 yığması pərçim etmək niyyətindədir. Yəni piramidanın zirvəsinə bir addım qalmış nəsə tikmək istəyir. Amma piramidanın bünövrəsi də yoxdur.


O bünövrə - yəni siçan – uşaq futbolu rəhmətlik Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi dönəmdə qurulmuşdu. Rəhmətlik Ramiz Mirzəyev də pis-yaxşı, bu iş davam etdirirdi.


Amma 2008-ci ildə AFFA-ya bir "pişik” gəldi və o "siçanı” hopp edib yedi. Ta o vaxtdan bəri bizdə heç nə düzəltmək istəməyiblər. Daha doğrusu, filin, camışın ayağını düzəldiblər, amma sonra görüblər ki, bunlarlıq deyil.


2008-ci ildə hopp edib yedikıri "siçan”ın – uşaq futbolunun qurulması isə yadlarına da düşməyib. İndi Vaqif müəllim deyir ki, piramidanın zirvəsinə çatmaq üçün bu pilləni – U-23 yığmasını tikməliyik. Vaqif müəllim, siz Allah, bünövrə yoxdursa, onu harda tikəcəksiniz? Fəzada?


Mənbə: sportinfo.az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X