14:16 08.01.2021 1199

Rahid Əmirquliyev: “Ən çətin oyun Almaniya milli komandasına qarşı olub”

"Səbail”in kapitanı Rahid Əmirquliyev klubun rəsmi saytına müsahibə verib.

Fanat.Az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerası və komandanın durumu haqda sualları cavablandırıb.

- 3-cü mövsümdür ki, "Səbail”dəsiniz və artıq növbəti oyun 60-cı rəsmi matçınız olacaq. Bu dövrü necə təsvir edərsiniz?

- 3-cü mövsüm olmasına baxmayaraq, vaxt çox tez keçdi. Bu 3 ildə çox yaxşı hallar oldu. Birinci il Avropa Liqasında iştirak etmişdik. 60-cı oyuna çıxmağım sevindirici haldır. Bundan da çox oyuna çıxıb, komandaya fayda vermək üçün həmişə çalışacağam.

-  Azarkeşlər üçün darıxmısınız?

- Əlbəttə! Azərkeşlərlə oynamaq bizim üçün daha rahatdır. Həmişə gəlib bizi dəstəkləyiblər. Hər bir futbolçu üçün azərkeş dəstəyi əlavə stimuldur. Onlar üçün çox darıxmışıq. İstəyirik ki, yenə gəlib bizi dəstəkləsinlər.

- Karyeranızda vurduğunuz ən yaddaqalan qol hansıdır?

- "Səbail” – "Zirə” oyununda vurduğum qol və "Qarabağ”da oynayanda "Neftçi”yə vurduğum qolu qeyd edə bilərəm.

- Sizə qarşı oynayan ən çətin rəqib oyunçular kimlərdir?

- Düşünürəm ki, ən çətin oyun Almaniya milli komandasına qarşı olub. Ən çətin rəqib oyunçular isə Toni Kroos və Mesut Özili deyərdim.

-  Kapitan kimi oyunlardan öncə və ya fasilə zamanı paltardəyişmə otağında komanda yoldaşlarınıza necə dəstək olursunuz? Məşqçi bu barədə sizə hər hansı xüsusi tapşırıq veribmi?

- Xeyr, xüsusi tapşırıq verilməyib, ancaq kapitan kimi çalışıram ki, hər bir futbolçuya dəstək olum, motivasiya edim. Bizdə gənc oyunçular çoxdur. Ancaq qeyd edim ki, bizim komandada təcrübəli futbolçular var və onlar mənə kömək edirlər.

- Komandanı motivasiya edəndə əsas nəyə diqqət edirsiniz?

- Hər futbolçu özü hazırlaşır oyuna və özləri bilir necə yaxşı hazırlaşmaq lazımdır. Bizim işimiz onları motivasiya edərək, oyun öncəsi "ayıltmaqdır”.

- Komandaya nəzər yetirəndə gənclər arasında fikrinizcə, daha perspektivli kimlərdir?

- Bizdə perspektivli oyunçular çoxdur. Ruslan Hacıyev də onlardan biridir. Düzdür, tez-tez zədə alır. Allah ona kömək olsun!  Buna baxmayaraq, Ruslan Hacıyev və Turan Manafov gələcəkdə milliyə namizədlərdir.

-  Uğurlu futbolçu olmaq üçün hansı yaşdan başlamaq və nələrə diqqət etmək lazımdır?

- Futbola kiçik yaşlardan başlamaq daha yaxşıdır. Futbol məktəbi keçsə, gələcəkdə uğurlu futbolçu ola bilər. Futbolçu həm meydanda, həm də meydandan kənar hərşeyə diqqət etməlidir.

- Komandada koronavirusa yoluxanlar var. Bəs, siz özünüzü necə qoruyursunuz?

- Bəli, komandada da yoluxanlar var. Koronavirus artıq dünyanın problemidir. Virus elədir ki, ondan qorunmaq da çətindir. 3 qaydaya xüsusilə diqqət edirəm: maska taxmaq, sosial məsafə və dezinfeksiya vasitələrindən istifadə.

-  COVİD-19-a yoluxan futbolçuların olması oyunlarda sizə təsir edirmi?

- Komanda olaraq test veririk və virus aşkarlanan oyunçular bizdən ayrı qalırlar. Yoluxan oyunçuların iştirak etməməsi bizə psixoloji cəhətdən təsir edir.  Bir-iki futbolçu olmayanda oyuna hazırlaşmaq çətin olur.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

Facebookdan bizi izləməyi unutmayın.
X