09:36 20.01.2021 1578

Döyüş İdman Federasiyaları Operativ Qərargaha müraciət etdi

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha döyüş idman növləri federasiyaları, təşkilat və klubları adından müraciət edilib.

Fanat.Az həmin müraciəti təqdim edir:

"Artıq 1 ilə yaxındır ki, ölkəmizdə pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlər çərçivəsində idman zallarının fəliyyəti qadağan olunub. Birbaşa deyək ki, bu məhdudiyyət qeyri Olimpiya növlərinə aid olan məşqçilərə və idmançılara həm mənəvi, həm ciddi maddi ziyan vursa da, qoyulan qaydalara ciddi əməl edilməsi üçün, biz də geniş təbliğat və izahat işləri aparmışıq. Bu müddət ərzində biz illərlə hazırladığımız idmançıları demək olar ki, itirsək də, tezliklə idman klublarının fəaliyyətinə icazə veriləcəyinə ümüd etmişik.

Lakin, Operativ Qərargah müəyyən qısa müddətli məhdudiyyətlərdən sonra vətəndaşların sıx təmasda olduğu supermarketlərin, bəbərxanaların, çayxana və kafelərin fəaliyyətinə icazə versə də, idman zalları yada düşməmişdir.

Halbu ki, geniş idman zallarında uyğun məsafəni saxlamaqla məşqlər edilməsi vətəndaşları həm psixoloji, həm fiziki durumuna faktiki kömək edərdi, həmçinin, deyildiyi kimi illərlə zəhmət çəkib hazırladığımız Azərbaycan idmançılarını itirməzdik.

Operativ Qərargahın son qərarı isə üzüntü və məyusluq hissləri yaratmaqla yanaşı, həm də qeyri Olimpiya növlərinə bəzi qurumlar tərəfindən göstərilən laqeydlik səbəbli əsəb gərginliyi yaratmış, idman ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanmışdır. Çünki digər ölkələrdə məsələn Türkiyə, Rusiya, Ukraina, Tailand və bir çox digər ölkələrdə idman zallarının fəaliyyəti ümumiyyətlə qadağan edilməmişdir.

Bu il artıq bütün idman növləri üzrə Dünya və Avropa səviyyəli yarışlara dəvətlər almışıq. Lakin, idman fəaliyyətinə icazə verilmədiyi halında biz Azərbaycanı necə və hansı səviyyədə təmsil edə bilərik? Ona görə Sizdən xahiş edirik, yuxarıda yazılanları və ölkəmizin idman mənafeyini nəzərə alaraq tezliklə döyüş növləri üzrə idman zallarının fəliyyətinə icazə verəsiniz”.

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası

Azərbaycan Alpaqut Federasiyası
Azərbaycan Uşu Federasiyası
Azərbaycan Muaytay Tayboks Federasiyası
Dünya Kyokşin Birliyi Azərbaycan nümayəndəliyi
Azərbaycan Valetudo İdman Klubu
Gənc Vətənpərvərlər İctimai Birliyi
Azərbaycan CiuCitsu Federasiyası
Azərbaycan Vin Çun Federasiyası
Azərbaycan İTF = Taekvondo təşkilatı
Azərbaycan Real Aykido İdman Klubu
Azərbaycan S1 döyüş liqası
Azərbaycan FriFaytinq İdman Təşkilatı
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

14 İyun 2026
12:26

Popoviç Türkiyə üzərində qələbəni dəyərləndirdi

11:39

Avstraliya - Türkiyə matçının ən yaxşı futbolçusu bilindi

11:13

Vinisius Ronaldinyoya çatdı

10:40

Türkiyə millisinin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

10:31

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

10:03

MY-dən qovulan Amorim digər Avropa nəhənginin "sükanı arxası"na keçir - Maaşı açıqlandı

09:37

DÇ-2026: Braziliya Mərakeşi yenə bilmədi, Şotlandiyadan qələbə

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

02:22

1966-cı ildən bəri hələ belə sonluq görünməmişdi

01:04

DÇ-2026: Qətər məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

13 İyun 2026
23:39

Azərbaycanın 3x3 basketbol üzrə milliləri yarımfinala yüksəlib

22:43

Ander Errera uşaqlıq klubuna qayıdır

22:11

Azərbaycan millisi dünya çempionu oldu

21:45

DÇ-2026: Türkiyə millisi ilk matçına çıxır

21:12

Dursun Özbəkdən İkardiyə sərt şərt: İstanbulla bağlı xüsusi maddə

20:52

Dünya çempionatında ağlasığmaz soyğun

20:22

"Mançester Yunayted" axtardığı yarımmüdafiəçini Fransada tapdı

19:51

Osimhen hərəkətə keçdi: Ulduz hücumçu "Qalatasaray"a gəlməyə hazırdır

19:14

Mourinyudan Arda Güler qərarı

18:41

"Arsenal" vinger ovunda: Siyahıda 4 böyük ulduz var

18:25

"Arsenal"dan "Mançester Yunayted"ə rədd cavabı: Gənc ulduzun qiyməti 60 milyondur

17:57

İrlandiya İsraillə neytral meydanda qarşılaşacaq

17:20

"İnter"in oyunçusu İtaliyanı İngiltərəyə dəyişə bilər

16:53

Məşhur ingilis referi ABŞ-də sıradan çıxdı, yerinə bu hakim təyin olundu

16:15

Əşrəf Hakimi Braziliyaya meydan oxudu - "Bizə də "afrikalı braziliyalılar" deyirlər"

15:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:28

Portuqaliya millisinin üzvü Londonu tərk edir, İngiltərəni yox

14:56

Bakı klubu kapitanı ilə bağlı qərarını verdi - RƏSMİ

14:30

"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

13:59

İbrahimoviç DÇ-2026-da azarkeşlik etdiyi komandanın adını dedi - "Mənim köküm o ölkədəndir"

13:17

ABŞ bir rekordunu 96 il sonra təkrarladı, digərini isə...

12:53

Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

11:54

"O, öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!" - Pol Poqba

11:23

Avropa Liqası: Azərbaycan milli komandaları sınaq qarşısında

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

Facebookdan bizi izləməyi unutmayın.
X