19:21 01.02.2021 790

Hacıyev səfər qələbəsini belə şərh etdi

"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Maraqlı oyun oldu. "Sumqayıt"ın öz oyun üslubu var. Bilirdik ki, bizi çətin görüş gözləyir. Bundan əvvəl 1/8 finalda "Zaqatala" ilə matçımız da ağır keçmişdi. 10 günün içində 4-cü oyunumuzu keçiririk. Sevindiricidir ki, bu oyunlarda futbolçular ciddi zədələr almadılar. Qalib gəlsək də, bu, yekun nəticə deyil. Bizi daha ağır cavab oyunu gözləyir. Hazırda əsas işimiz futbolçuları qısa müddətdə bərpa edib növbəti matça hazırlaşmaqdır. Bilirik ki, rəqib də asan təslim olmayan komandadır. Cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. "Sumqayıt"a da uğurlar arzu edirəm". Rəqib asan məğlub olmur. Çempionatda turnir cədvəlinin üst pillələrindədirlər. Biz də rahat olmamalıyıq. Çalışacağıq ki, bundan da diqqətli olaq və istədiyimiz nəticəni qazanaq. Onlarla Premyer Liqada da qarşılaşacağıq. Bir-birimizi 3 oyunda görməkdən bezə bilərik. "Sumqayıt" bizə yaxın kollektivdir. Bundan sonra da onları görmək bizə xoşdur. Əsas odur ki, hamı maraqlı oyun izlədi”.
 
Hacıyev uzun müddət sonra rəsmi görüşə çıxan qapıçı Kamran Ağayev haqqında da danışıb: "Kamran təcrübəli qapıçıdır. Ona ölkə tarixində ən istedadlı qapıçı desək, yanılmarıq. Uzun müddətdir ki, birgə çalışırıq. Çəki ataraq tez bir zamanda bərpa olunmaq çətindir. Amma Kamran öz əziyyəti və çalışqanlığı ilə bu mərhələnin böyük hissəsini arxada qoyub. Bu gün vaxtı yetişmişdi, onu əsas heyətdə meydana buraxdıq. Əslində bundan əvvəlki kubok matçında meydana buraxmağı düşünürdük. Sadəcə, atasının yas mərasimi ilə bağlı evdə olmalı idi və bir neçə məşq buraxdı. Ondan sonra isə "Qarabağ"la oyuna az məşq etdiyi üçün risk etmədik. Bu gün artıq vaxtı yetişdi, artıq Ağayevi meydana tez-tez buraxmağa çalışacağıq. Hətta bu gün meydanda 90 dəqiqə qalmağı risk idi. İlk hissədə sonra az da olsa, ağrılar hiss edirdi. Amma Kamran xarakterli oyunçudur. Çətinlikləri geridə qoyub, onu yenidən futbolumuza qazandırmağı düşünürük. İnanıram ki, tezliklə formasını bərpa edəcək".
 
Baş məşqçi bu il qarşılarına fərqli məqsədlər qoyduqlarını sözlərinə əlavə edib: "Çempionatda üçüncü yeri tutanda və bürünc medal qazananda sistem dəyişikliklərinə və ya bir sıra dəyişikliklərə əl atırdıq. Amma bu il daha çox oyunumuzu inkişaf etdirməyi düşünürük. Meydanda gənc futbolçuları daha çox görürsünüz. Onları milli komandaya qazandırmaq niyyətindəyik. Təcrübəli futbolçularımız da var, onların təcrübəsindən ən azı 2-3-4 il ölkə futbolunun faydalanmasını istəyirik".
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X