20:49 01.02.2021 860

Qurban Qurbanov: "Onun təklifdən xəbəri yox idi"

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Həm rahat, həm də çətin oyun oldu. Hər zaman "Qəbələ"yə ciddi yanaşmışıq. İlk hissədə hardasa çətin oldu, amma bütövlükdə komanda qalib gəlmək üçün hər şeyi etdi. İstər-istəməz səhvlər olacaq. Bu, qaçılmazdır. Getdikcə komanda daha fəal olacaq. Hələ qarşıda cavab oyunu var. Buraxdığımız bir qol bizə daha faydalı olacaq ki, futbolçularımız daha məsuliyyətli olacaq.
 
- Donald Geryenin gedişi ani oldu...
- Gerye çox ağıllı biridir, onu çox yaxşı tanıyıram. Bizim razılığımız olmasa, komandadan gedə bilməzdi. Biz göstərdik ki, futbolçularla yaxşı davranırıq. Onun burada oynaması hələ sual altında idi. Geryeyə təklif gələndə heç özünün xəbəri yox idi. İlk mənə dedilər ki, belə bir təklif olsa, buraxarsızmı? Mən də razılıq verdim, qərar verdik ki, belə olsun.
 
- Geryeni heç bir maddi ödəniş almadan buraxmağınız komandaya faydalıdırmı?
- Maddi heç nə qazanmadıq və bu düşüncədə də deyildik. Hər zaman istəyirəm ki, komandada atmosfer yerində olsun. Hər ailədə kaprizli kimlərsə olur. Düşünürəm ki, həm bizim, həm də Gerye üçün düzgün variant bu idi. Futbolçuların yanında kiməsə irad bildirəndə onlara da təsir edir.
 
- Emil Balayevə uzun müddət sonra şans verdiz. Bu, asan qələbə qazanacağınıza inancınızdan irəli gəlirdi? 
- Biz rahat qələbə haqda düşünməmişdik. Şahruddinlə Emildə fərq görmürəm. Bu gün Emili oynamaq üçün daha məsləhətli bildim və onu da oynatdım.
 
- Geryenin ayrılığından sonra bu heyət çempionluq üçün yetərlidirmi?
- Bunların hamısını gözə almışıq. Sadəcə, heyət çatışmazılığından hər zaman narahat olmuşam. Hər oyunçunun öz üstün tərəfləri var. Futbolçuların hamısı sağlam olsa, belə bir problem olacağını düşünmürəm.
 
- Ovusu daha çox hansı mövqedə sizi qane edir?
- Sola da qoymuşuq, sağa da qoymuşuq. Artıq sırf hücumçu kimi də istifadə edirik. Bəzi oyunlarda ondan fərqli mövqelərdə də istifadə edirik. Komandada belə oyunçuların olması xoşdur. Mahir də həm sağda, həm solda da oynayır. Bunlar bizim üçün faydalıdır.
 
- Nurlan İbrahimovla bağlı kluba da 100 min avro cərimə verilib. Bununla bağlı CAS-a müraciət edəcəksiz?
- Bizim ora şikayət etməyimizin önəmi yoxdur. Biz daha çox Nurlanı düşünürək addım atmışdıq və nəticənin olmayacağını bilirdik. Bizim bir işçimiz futboldan uzaqlaşdırılıb. Hər dəfə şikayət etdikdə kluba qarşı antipatiya yaranmasından narahatam. Bütün klublar cərimələnir. Bizə təsir edən kluba mənəvi cəzanın dəyməsidir. Bizə puldan çox, Nurlanın cərimələnməsi təsir etdi. Bu klubun adı dünya futbolunda, idmanında hallanır. Bunu qoruyub saxlamalıyıq. Başda mən olmaqla, hər birimiz düzgün addım atmalıyıq. Texniki səhvlər hər zaman olur və bunu nəzərə alırıq. Bizim üçün əsas olan klubun ad-sanını qoruyub saxlamaqdır. UEFA qərarını veribsə, biz bundan sonra daha diqqətli olmalıyıq. Səhvlərin bəzən klubun daha böyüməsi, inkişaf etməsi üçün faydası ola bilir.
 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X