AVRO-2020-nin B qrupunun Danimarka ilə Finlandiya arasında keçirilən görüşündə ürəyi dayanan Kristian Eriksen komandasını dəstəkləyib.
Fanat.Az xəbər verir ki, Skandinaviya təmsilçisinin qitə birinciliyinin 1/4 final mərhələsində Çexiya üzərində qələbəsindən (2:1) sonra "WhatsApp" qrupuna mesaj göndərib.
"La Gazzetta dello Sport"un məlumatına görə, ürəyinə xüsusi cihaz yerləşdiriləndən sonra özünü normal hiss edən Eriksen qısa cümlə ilə kifayətlənib:
"Sizinlə fəxr edirəm".
Atilla