İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi AVRO-2020-nin yarımfinal mərhələsi çərçivəsində İspaniya yığmasına qarşı keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına belə danışıb:
"Bu matçın favoriti yoxdur. Biz bu turnirdə yaxşı irəliləmişik. Amma hələ heç nə qazanmamışıq. Yaxşılaşdırmalı olduğumuz cəhətlərimiz barədə düşünməli, diqqətimizi çatışmazlıqlarımıza yönəltməliyik. Belə güclü rəqiblə görüş bizim üçün əlavə motivasiya olmalıdır.
İspaniyanı çox tənqid edirdilər. Amma baş məşqçi Luis Enrike formalaşdırdığı kollektivi özünəəmin şəkildə müdafiə edirdi. Məncə, bu, az şey deyil. Rəqibin yaxşı komanda ruhu var. Belə psixoloji cəhətdən güclü komandaya qarşı oynamaq asan deyil. Ancaq son 30 matçda sərgiləyə bildiyimiz futbolu bu dəfə də ortaya qoysaq, şübhəsiz, arzulanan nəticəni qazana bilərik".
Atilla