14:30 23.07.2021 724

Tokio 2020: Kimdən nə gözləyək?

Bu gün Tokio 2020 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi baş tutacaq. 

Dünyanın 204 ölkəsindən 11 mindən çox idmançının qatılacağı dördilliyin zirvə yarışında Azərbaycanın 44 təmsilçisi də 13 növ üzrə mübarizə aparacaq. 

Bəs olimpiyaçılarımızdan nə gözləyək?

Fanat.az olaraq bu suala aydınlıq gətirməyə çalışdıq.

Güləş

Müstəqil ölkə olaraq qatıldığımız Olimpiadalarda qazanılan 42 medaldan 22-si güləşin payına düşür. Bunların tən yarısı sərbəst,  6-sı yunan-Roma, 5-i isə qadın güləşçilərin hesabındadır. 32-ci Olimpiadaya əvvəlki üç belə yarışa - Pekin 2008, London 2012, Rio 2016 - nisbətdə az heyətlə qatılsaq da, komandanın bir neçə üzvü medallara namizəd sayılır. 
 


Bu baxımdan xüsusilə qadınların 50 kiloqram çəki dərəcəsində çıxış edəcək Mariya Stadniki qeyd etməliyik. Əvvəlki üç Olimpiadanı mükafatla başa vuran 33 yaşlı ukraynalı legioner, yarışa son dünya və Avropa çempionu kimi qatılır. İkiqat Olimpiya vitse-çempionun kolleksiyasında çatışmayan "qızıl"ı əldə etməsi çətin olsa da, gözləniləndir. Bu yolda onun əsas maneəsi Yaponiya təmsilçisi, oyunların açılış paradında ölkəsinin qadın bayraqdarı seçilən Yui Susakidir.

Sərbəst güləş üzrə üçqat dünya, üçqat Avropa çempionu Hacı Əliyev(65) və Olimpiya, dünya, Avropa çempionu Şərif Şərifovun(97) çəki dərəcələrində ağır rəqabət mühitinin olmasına baxmayaraq hər iki titullu pəhləvanımızdan medal gözləməyə dəyər.

Həmçinin yunan-Roma millisinin iki üzvünü - xüsusən gənclərin yarışında müxtəlif titullar qazanmış İslam Abbasov və son vaxtlar stabil çıxışı ilə adından söz etdirən təcrübəli Rafiq Hüseynovu da hesabdan silməməliyik.
 


Cüdo

Olimpiadalarda keyfiyyət etibarilə güləşdən sonra ən uğurlu olduğumuz növ üzrə Tokio 2020-də püşk sarıdan bəxtimiz gətirmədi. Bununla belə, zirvə yarışına tarixdə ən geniş heyətlə qatılan cüdo millimizin bir neçə üzvünün adı medallara namizədlər arasında çəkilir. Bu mənada xüsusilə Rüstəm Orucov, Məmmədəli Mehdiyev, Orxan Səfərov, İrina Kindzerska, həmçinin komandanın gənc üzvlərindən Zelim Kotsoyev və Kəramət Hüseynovu fərqləndirməliyik.
 


Boks

5 nəfərdən ibarət boks millimizin üzvlərindən əsasən kubalı legionerlər - Rio 2016 Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayor və Avropa Oyunlarının qalibi Alfonso Dominqes inamlı təsir bağışlayır. Digərlərindən isə Cavid Çələbiyevi fərqləndirmək olar. Hələ 8 il əvvəl sürpriz şəkildə dünya çempionatında qalibiyyət əldə edərək diqqətləri üzərinə çəkən 29 yaşlı dəri əlcək ustası istənilən rəqibə başağrısı yarada bilər.
 


Taekvondo

Rio 2016-nın yeganə "qızıl"ını qazandığımız taekvondoda iki idmançı ilə təmsil olunuruq. Ötən Oyunlarla müqayisədə heyət yarıbayarı azalıb. Ancaq cari Olimpiya dövrü ərzində keçirilən hər iki dünya çempionatının qalibi olan Milad Beiqi Harçeqani çıxış etdiyi 80 kq çəki dərəcəsində "qızıl"a əsas namizəd sayılır. Artıq üçüncü Olimpiadasına qatılan qadın bayraqdarımız Fəridə Əzizovanın(67 kq) da əldə edə biləcəyi medal sürpriz kimi dəyərləndirilməməlidir.
 


Karate

Olimpiya Oyunlarının proqramında ilk dəfə yer alan bu növdə 3 idmançımız dünyanın ən güclüləri arasında yer alıb. Rafael Ağayev(75 kq) və qadın karateçimiz İrina Zaretska(68 kq) lisenziyasını reytinq xalları qazandıran yarışlarda davamlı nəticələrlə əldə edibsə, Firdovsi Fərzəliyev(67 kq) ötən ay Parisdə təşkil edilən Dünya Təsnifat Turnirində Tokio təyyarəsinə bilet sifariş edib.

Son dünya və Avropa çempionatlarının qalibi olan 25 yaşlı ukraynalı legioner baş mükafata əsas namizədlər arasındadır. Beşqat dünya çempionumuz Rafael Ağayev son dövrlər əvvəlki formasında uzaq düşsə də, 36 yaşlı karate əfsanəsinin zəngin təcrübəsi hesabına Olimpiya medallarından birini qazanacağını proqnozlaşdırmaq mümkündür.

Sadalanan döyüş növlərində çıxış edən idmançılardan fərqli olaraq, gimnastika, badminton, atıcılıq, atletika, triatlon, üzgüçülük, qılıncoynatma, velosiped idmanı kimi növlərdəki milli üzvlərimizin medal şansları xeyli az qiymətləndirilir. Təmsilçilərimizin əksəriyyəti "əsas iştirakdır" prinsipi ilə yarışlara qatılacaq.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X