İyulun 23-də Abşeron Olimpiya İdman Kompleksində şəhid jurnalistlər – Azərtac-ın
müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının videooperatoru Sirac
Abışovun xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında uşu və
muay-tay üzrə Bakı şəhər birinciliyinə start verilib.
Fanat.Az xəbər
verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Döyüş
Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa 150-dən
çox idmançı qatılıb. Turnirdə ümumilikdə 20-dən çox idman klubu təmsil olunur.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol