Sabiq UFC çempionu, irlandiyalı döyüşçü Konor Makqreqor (Conor McGregor) ayağındakı zədəyə rəğmən necə məşq etdiyini ictimaiyyətə təqdim edib.
Fanat.Az xəbər verir ki, idmançı bu barədə şəxsi "Twitter" səhifəsində belə yazıb:
"Təkmilləş, uyğunlaş, qalib gəl"
Qeyd edək ki, Dastin Puarye ilə keçirdiyi son döyüşün ilk raundunda Makqreqorun ayağının sınmışdı. Görüş dayandırılmış və Fransa əsilli ABŞ idmançısı texniki nokautla qalib gəlmişdi.
Emin Şəmsiyev