16:25 10.12.2021 754

\"Çempionatda hakim səhvləri çox idi\" - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının məşqçisi Həsən Əliyevin Fanat.Az-a müsahibəsi

- 7-9 dekabrda baş tutan Azərbaycan çempionatının yekunlarını necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, artıq iki il idi ki, pandemiyaya görə ölkə çempionatı keçirilmirdi. Yığmanın əsas üzvləri istisna olmaqla, idmançıların yarış təcrübəsi yox idi.  Klubların fəaliyyəti dayanmışdı. Bu səbəbdən çempionatın əvvəlki illərdən sönük keçəcəyini gözləmək olardı. Ancaq mənim fikrimcə, yarış proqnozlaşdırılandan bir xeyli yaxşı oldu. Bir sözlə, rəqabət varıydı. Biz daha zəif mübarizə gözləyirdik.

- Yarışda təəccübləndirən adlar oldu?
- Gəncləri nəzərdə tutursunuzsa, bəli, bir neçə idmançının güləşini çox bəyəndim. Yüksək yer tutmasalar da, gördüm ki, potensialları çoxdur. Dediyim kimi, çoxdandır yarış təşkil olunmurdu. Mövcud şərtlər daxilində həmin idmançıların belə çıxışı xoş sözlərə layiqdir. 

- Konkret kimləri nəzərdə tutursunuz?
- Ad çəkib qoltuqlarını qarpızlandırmaq istəmirəm. 

- Gənclər arasında dünya və Avropa çempionu Həsrət Cəfərovun yarışa qatılmaması nə ilə bağlı idi?
- Həsrətin zədəsi ilə bağlı narahatlığı var. Çiyni onu incidir. Qərarlaşdırdıq ki, bu yarışı buraxsın.

- Hakim idarəçiliyi ilə əlaqədar narazılıqlar var. Sizin bu barədə fikriniz nədir?
- Razıyam. Hakim səhvləri çox idi. Ancaq deyim ki, bunu qərəzlə bağlamıram. Daha çox bilməzlikdən oldu. Hakimlər də boş keçən arada işi yadırğayıblar, deyəsən.

- Ölkə çempionatı beynəlxalq yarışlar üçün heyətin müəyyənləşdirilməsi baxımından önəmli olmalıdır. Seçim necə aparılacaq?
- Bununla bağlı növbəti həftənin birinci günü məşqçilər heyətinin toplantısı olacaq. Orada qərar veriləcək. Düşünürəm ki, çempion və finalçılar, bəzi çəkilərdə ilk "üçlüy"ə düşənlər müxtəlif səbəblərdən ölkə çempionatında iştirak etməyən titullu güləşçilərlə birgə qarşıdakı reytinq turnirlərində sınaqdan keçirilməlidir. Ona əsasən də Avropa çempionatı üçün heyət müəyyənləşəcək.

- AÇ öncəsi planda hansı turnirlər var?
- Hələlik dəqiq nəsə deyə bilməyəcəyəm. Nəzərimizdə Türkiyə və İtaliyadakı turnirlərdir.

- Çempionatdan öncə federasiyada uzun zaman boş qalmış prezident vəzifəsinə seçki keçirildi. Yeni rəhbər Mikayıl Cabbarovdan gözləntiləriniz nədir?
- Federasiyada rəsmi rəhbər olmasa da, keçən müddətdə hazırlıq, təlim-məşq toplanışlarının təşkili baxımından elə bir problem yaşamamışdıq. Şərait yaradılırdı. Maliyyə məsələlərində müəyyən çətinlik qalır. Ümid edirəm ki, bu da tezliklə yoluna qoyulacaq. Ümumilikdə gələcəklə bağlı nikbinəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

Facebookdan bizi izləməyi unutmayın.
X