Ötən həftəsonu Amanda Serrano və Miriam Qutyerrez arasında yüngül çəkidə boks matçından sonra idmansevərlər nadir hadisəyə şahidlik edib.
Fanat.Az xəbər verir ki, çoxsaylı yumruq zərbələri alan Qutyerres matçdan sonra tanınmaz hala düşüb. Rinqə favorit kimi çıxan Serrano mübarizəyə çox effektli başlayıb və ilk raundda rəqibinə 37 zərbə endirib. Ümumilikdə 10 raund davam edən qarşılaşmada Serrano Qutyerresə 237 yumruq zərbəsi endirib və qələbə qazanıb.
Bu qədər yumruq zərbəsi almasına baxmayaraq nokauta düşməyən rəqibini matçın sonunda paylaşdığı foto ilə təbrik edən Serrano, paylaşımına "Rəqs ortağım Qutyerresə təşəkkür edirəm. Bir dəfə də olsun yerə yıxılmadı” sözləri ilə şərh verib.