22:45 20.05.2022 484

Yığmalara baş məşqçilər təyin olundu

Voleybol üzrə qadın və kişilərdən ibarət milli yığma komandalara baş məşqçi təyinatları olub.

Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilirib.

Yığıncaqda 2021/22 mövsümündə Super Liqa, Yüksək Liqa, l liqalarının və ölkə kubokunun yekunu müzakirə olunub. Bunlarla yanaşı, qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.

Cavid Qurbanov bildirib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmana da göstərilən dövlət qayğısı sayəsində ölkə idmanı intibah dövrünü yaşayır. Milli komandamızın 9 dəfə Avropa çempionatının final mərhələsində, 4 dəfə dünya çempionatında iştirak etdiyini, klublarımızın Avropa kuboklarındakı uğurlu çıxışlarını xatırladan federasiya prezidenti qarşıya əsas hədəf kimi iştirak ediləcək yarışlarda yüksək nəticə əldə etmək tapşırığı qoyub.

Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq Azərbaycan çempionatının keçirildiyini də qeyd edən Qurbanov bildirib ki, çempionatda iştirak edən oyunçuların demək olar ki, əksəriyyəti gənclər olması sevindirici haldır.

Daha sonra Qurbanov bu gün start götürəcək Avropa çempionatının seçmə oyunlarında mübarizə aparacaq 22 yaşadək oğlan voleybolçularımıza uğurlar arzu edib.

İclasda qadın və kişilərdən ibarət milli yığma komandalara baş məşqçilərin təyinatı rəsmiləşib. İdarə Heyətinin qərarı ilə Eldar Yusubov qadınlardan ibarət milli komandaya, Pərviz Səmədov kişilərdən ibarət milliyə baş məşqçi təyin olunublar.

Daha sonra yeni təyin olunan baş məşqçilər ilk öncə onlara göstərilən böyük etimada görə AVF rəhbərliyinə təşəkkür edib, milli komandalarımızın qarşıdakı yarışlarda uğurlu çıxışı üçün vacib amillərdən danışıb, təkliflərini veriblər.

Qurbanov məşçiləri dinlədikdən sonra bildirib ki, əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etmək və ölkəmizdə voleybolun yenidən inkişafına nail olmaqdır.

Regionlarda voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımı tapşırıqlar verilib.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2026
13:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:53

Mbappe Klozenin rekordunu qıracağına inanırmı?

12:27

İsveç millisi 88 il sonra ilki reallaşdırdı

11:58

"Kurasao millisi də futbol oynamağı bacarır" - Yulian Nagelsmann

11:31

Meksikalı futbolçu ölü tapıldı

11:06

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:40

Xedira "Real Madrid"də - SON DURUM

10:00

DÇ-2026: İspaniya ilk sınağına çıxır, Belçika Misirə qarşı

09:35

Uruqvay millisinin təyyarəsi ABŞ-yə buraxılmadı

09:00

DÇ-2026: Niderland Yaponiyayla bacarmadı, İsveç darmadağınla başladı

00:45

Dünya çempionatında hələ belə sensasiya olmamışdı

14 İyun 2026
23:03

DÇ-2026: Almaniya millisi Kurasaoya rəhm etmədi

22:43

Azərbaycanın qadın basketbolçuları Avropa Kubokunun final mərhələsinə yüksəlib

22:17

"Mançester Yunayted"dən 100 milyonluq nümayiş

21:53

Hemilton Qran prinin qalibi oldu

21:24

Bir İspaniya nəhənginə keçəcəyi gözlənilən Kukurelya digərinə qoşulur - SON DURUM

20:51

"Barselona" Avstraliya millisinin yeni ulduzuna elçi düşüb

20:21

"Çelsi"dən "Mançester Siti"yə gözdağı

19:51

"Mançester Yunayted"ə "Milan" müjdəsi

19:14

DÇ-2026: Almaniya, Niderland və İsveç səhnəyə çıxır

18:42

Enrike ulduz futbolçunun satılmasına razılıq verdi

18:13

London klubu fransız istedadın transferində sona yaxınlaşır

17:52

"Mançester Yunayted" "Nyukasl"ın müdafiəçisi üçün hərəkətə keçdi

17:26

Mundialda casusluq qorxusu: Belçika millisi rəsmən qapılarını bağladı

16:45

1974-cü ildən bəri Türkiyə kimi uduzan olmamışdı

16:29

ABŞ millisinin yarımmüdafiəçisi İngiltərə nəhənginin transfer hədəfidir

15:55

"Buna görə də Avstriya bizi cəzalandırdı" - Arda Güler səbəbləri açıqladı

15:06

"Bəzən ayağa qalxmaq üçün sillə yemək yaxşıdır"

14:43

Arda Turan hamını qabaqladı

14:09

Ralf Ranqniklə müqavilə yenilədilər

13:51

Avropa Liqası: Azərbaycan millisi İspaniya ilə üz-üzə

13:17

Azərbaycan yığmaları yarımfinal oyunlarına çıxır

12:44

Rza Cəfərov tanınmış Avropa klubuna keçməyə yaxındır

12:26

Popoviç Türkiyə üzərində qələbəni dəyərləndirdi

11:39

Avstraliya - Türkiyə matçının ən yaxşı futbolçusu bilindi

11:13

Vinisius Ronaldinyoya çatdı

10:40

Türkiyə millisinin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

10:31

DÇ-2026: Türkiyə Avstraliya ilə bacarmadı

10:03

MY-dən qovulan Amorim digər Avropa nəhənginin "sükanı arxası"na keçir - Maaşı açıqlandı

09:37

DÇ-2026: Braziliya Mərakeşi yenə bilmədi, Şotlandiyadan qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X