
Növbəti mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" heyətini gücləndirməyə davam edir.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi bu gün daha bir transfer gerçəkləşdirib.
Tovuz klubu "Sabah"ın gənc oyunçusu Veysəl Rzayevi heyətinə cəlb edib. “Sabah”a məxsus olan yarımmüdafiəçi icarə əsasında 1 il komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Veysəl Rzayev 2019-2020 mövsümündə "Turan Tovuz"un heyətində I Divizionun qalibi olub.