Dünya Güləş Birliyi Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında mübarizə aparacaq yüksək reytinqli sərbəst güləşçilərin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin 5 üzvü öz çəki dərəcələrində ilk "8-liy"ə daxil olub.
Hacı Əliyev (65 kq) birinci, Osman Nurməhəmmədov (92 kq) ikinci sıradadır. Turan Bayramov (74 kq) və Abubakr Abakarov (86 kq) dördüncü, İslam Bazarqanov (61 kq) isə yeddincidir.
Qeyd edək ki, dünya çempionatı 10-18 sentyabrda keçiriləcək.