Dünya Güləş Birliyi Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında "səpələnmişlər" səbətində yer alacaq qadın güləşçilərin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin 3 üzvü öz çəki dərəcələrində ilk "8-liy"ə daxil olub.
Yığmanın lideri, 2 qat dünya, 8 qat Avropa çempionu Mariya Stadnik 50 kiloqram çəkidə yeddinci sırada qərarlaşıb. Bu, o deməkdir ki, 4 qat olimpiya mükafatçısı 2018-ci ildə dünya çempionatının, ötən il isə Tokio Olimpiadasının yarımfinalında məğlub olduğu yaponiyalı Yui Susaki ilə 1/4 finalda üz-üzə gələ bilər.
Elis Manolova (65 kq) ikinci, Alyona Kolesnik (57 kq) isə dördüncüdür.
Qeyd edək ki, dünya çempionatı 10-18 sentyabrda keçiriləcək.