
Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfədə “Vuppertaler”i darmadağın edib - 4:1.
Rüfət meydana start "11-lik"də çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
“Şalke”nin ikinci komandası 11 turdan sonra 19 xalla 18 kollektiv arasında 3-cü pillədə mövqe tutub.