Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağa"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl məşqdə futbolçularla danışıb.
Fanat.Az "Report"a istinadən xəbər verir ki, "Sport-fm.gr" saytı 59 yaşlı mütəxəssisin oyunçulara dediklərini belə çatdırıb:
"Artıq kim olduğumuzu göstərməyin vaxtıdır. Böyük nəticələr haqda düşünməliyik".
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.