13:59 11.10.2022 792

"Oyunun favoriti "Qarabağ"dır" - Cahangir Həsənzadə

UEFA Avropa Liqasının qrup mərhələsinin III oyununda "Qarabağ" səfərdə "Olimpiakos"u 3:0 hesabı ilə məğlub edib.  Növbəti turda bu komandalar yenidən üz-üzə gələcək. Bu dəfə isə Bakıda...

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın səfər oyunu və Bakıda baş tutacaq qarşılaşma barədə fikirlərini bölüşüb:

"Əslində "Olimpiakos"la ilk qarşılaşmanın hesabı tam oyunu əks etdirmirdi. Çünki matç başlayanda rəqib komanda daha inmalı görünürdü. Amma "Qarabağ" tədricən oyunda üstünlüyü ələ aldı. Bunun hesabına da komandamız qələbə qazandı. 

Birincisi, "Qarabağ"ın fiziki durumu yaxşıdır, ikincisi isə komandanın futbolçularının ustalıq səviyyəsi yüksəkdir. Onlar yüksək tempdə oynamağa davam edə bilir. Ən vacibi isə komandanın çalışdırıcısı Qurban Qurbanovun onları düzgün şəkildə motivasiya etməsidir. Qurbanov komanda ilə mükəmməl şəkildə məşğul olur. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, komanda bu yarışdakı rəqibləri ilə oynamağa tam olaraq hazırdır. 

Keçək Bakıda baş tutacaq oyuna. Fikrimcə, rəqib komanda ilk oyundan nəticə çıxarıb. Nəzərə alsaq ki, yeni məşqçi də öz imicini yüksəkdə saxlamaq istəyəcək, o zaman revanş haqda düşünəcək. Məncə, aqressiv oyuna üstünlük verəcəklər. 

Bunu isə "Qarabağ" üçün əlverişli saymaq olar. Çünki belə olacağı halda rəqibin müdafiəsində boşluqlar yaranacaq. "Qarabağ" isə bundan yaxşı yararlana biləcək. Bundan əlavə, Qurbanovun yetirmələri topa nəzarət edə bilir. Bu da sənə qarşı hücum futbolu göstərən komanda ilə oyunda əlavə üstünlükdür.

İlk qarşılaşmaya nisbətən "Qarabağ"ın işləri bir qədər çətin olacaq. Amma bayaq da dediyim kimi komandanın futbolçularının fiziki göstəriciləri oyunu ələ almağa imkan verir. 

Oyunun favoriti birmənalı olaraq "Qarabağ"dır".

Emin Şəmsiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X