Noyabrın 5-6-da Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokunun biletləri satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, ilk dəfə ölkəmizdə keçiriləcək yarışın biletlərini onlayn qaydada “iticket.az” saytından əldə etmək mümkündür. Biletlər 3 sessiya üzrə satılacaq. Yarışın ilk günü üçün biletlərin qiyməti 3, ikinci günü üçün isə 5 AZN təşkil edir.
Sessiyaların proqramı belədir:
I sessiya
5 noyabr
10:00-12:30
A qrupu: Türkiyə - İran
B qrupu: Azərbaycan – Serbiya
II sessiya
5 noyabr
16:00-22:00
Açılış mərasimi
A qrupu: İran - Qırğızıstan
B qrupu: Serbiya – Dünya yığması
A qrupu: Türkiyə - Qırğızıstan
B qrupu: Azərbaycan – Dünya yığması
III sessiya
6 noyabr
17:00-20:30
Bürünc medal uğrunda görüş
Final