Braziliya millisinin baş məşqçisi Tite DÇ-2022-nin qrup mərhləsinin 3-cü turunda - Kamerun yığması ilə matçda meydana eksperimental heyət buraxacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Globo" yayıb.
Xəbərə görə, Neymar, Danilo və Aleks Sandro kimi futbolçular zədə üzündən afrikalılara qarşı oynamayacaqlar. Mənbə daha bir neçə aparıcı futbolçuya istirahət veriləcəyini vurğulayıb. Məşqlərə əsasən, Titenin müəyyənləşdirəcəyi start heyəti də açıqlanıb: Ederson, Dani Alves, Militao, Bremer, Aleks Telles, Fabinyo, Bruno Gimarayns, Antoni, Rodriqo, Qabriel Jezus, Martinelli.
Xatırladaq ki, Serbiya (2:0) və İsveçrəni (1:0) məğlub edən "pentakampionlar" 1/8 finala vəsiqəni təmin edib. Kamerun isə cənubi amerikalılara qalib gələcəyi halda, digər matçın da nəticəsindən asılı olaraq qrupdan çıxa bilər.
Nihat