Ağırlıqqaldırma üzrə Rusiya çempionu Xas-Maqomed Balayev iki il müddətinə yarışlardan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, məlumatı Rusiya Antidopinq Agentliyi (RUSADA) yayıb.
O, dopinqə görə cəzalandırılıb. İdmançının dopinq nümunəsində qadağan olunmuş maddə aşkarlanıb.
Qeyd edək ki, Balayev 2022-ci ildə Rusiya çempionu olub. O, 2020 və 2021-ci illərdə gümüş mükafat qazanıb.