Sabah Sent-Luisdə (ABŞ) Azərbaycan şahmatçısı Günay Məmmədzadənin iştirakı ilə "Cairns Cup turniri başlayacaq.
Fanat.Az xəbər verir ki, yarışda millimizin 23 yaşlı lideri ilə yanaşı, Hampi Koneru, Harika Dronavali (hər ikisi Hindistan), Aleksandra Kostenyuk (İsveçrə), Nana Dzaqnidze, Bella Xotenaşvili (hər ikisi Gürcüstan), Jansaya Abdumalik (Qazaxıstan), Elizabet Petz (Almaniya), İrina Kruş və Anna Zatonskix (hər ikisi ABŞ) mübarizə aparacaq.