Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, üçüncü qarşılaşmada MOİK-i 3:1 (21:25, 25:22, 25:15, 28:26) hesabı ilə məğlub edən “Neftçi” çempionatın bürünc medalına yiyələnib.
Komanda əvvəlki iki görüşdə rəqibinə müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə qalib gəlib.
Bu gün Yüksək Liqada qızıl medalçı da müəyyənləşə bilər. Əvvəlki iki matçda “Xarı bülbül”ü üstələyən “Murov” (3:1, 3:0) bu dəfə də qalib gəlsə, çempion adını qazanacaq.