Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin 28 yaşlı üzvü Yelizaveta Ruban Rumıniya çempionatında medalını qazanıb.
Fanat.Az xəbər verir ki, formasını geyindiyi “Luqoy” üçüncü yeri tutub.
Yelizavetanın komandası üçüncülük uğrunda mübarizədə Buxarest “Rapid”i ilə 3 oyun keçirib. Hər üç qarşılaşmada rəqibini üstələyən “Luqoy” (3:0; 3:2; 3:1) Rumıniya çempionatının bürünc mükafatına sahib çıxıb.
Qeyd edək ki, Ruban 2022-ci ildən “Luqoy”da çıxış edir.