Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək 31-ci Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Fərid Cəlalov yığmaya 12 oyunçu dəvət edib.
Hücumçular: Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev
Blokçular: Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov
Oyunqurucu: Roman Qurski
Liberolar: Rəşad Əliyev, Fərhat Cenkel
Baş məşqçi: Fərid Cəlalov
Qeyd edək ki, Universiada 28 iyul - 8 avqustda təşkil olunacaq.