Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışında olan Belarus yığmasıyla sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra keçirilən əlavə setdə isə Belarus yığması qalib gəlib.
Xatırladaq ki, bu rəqiblə əvvəlki günlərdə baş tutan iki oyun da millimizin qələbəsiylə yekunlaşmışdı.