Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb.
Fanat.Az xəbər verir ki, C qrupunda yer alan yığmamız Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə yerli komandaya uduzub.
İlk turda Çexiyanı üstələyən (3:0) Ataman Güneyligilin yetirmələri almanlarla matçın yalnız bir setində rəqibdən güclü olublar. Ancaq bu, uğurlu nəticə üçün kifayət etməyib. Yekunda millimiz almanlara - 1:3 (13:25, 22:25, 25:12, 14:25) hesabı ilə məğlub olub.
Qrupun digər qarşılaşmasında Yunanıstan komandası İsveçə 3:1 hesabı ilə qalib gəlib.
Yığmamız qrupda üçüncü oyununu avqustun 20-də Türkiyəyə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.