Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün “Murov Az Terminal” voleybol klubunun idman zalında “Azərreyl” və MOİK klubları üz-üzə gəliblər.
İlk setdən təşəbbüsə yiyələnən “Azərreyl” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beləliklə, “Azərreyl” 27 xalla (9 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
“Azərreyl” - MOİK 3:0 (25:15, 25:23, 25:7)