09:30 12.02.2022 452

Azərbaycanda ilin ilk beynəlxalq yarışı başlayır

Azərbaycanda beynəlxalq yarışlara bu gün batut gimnastikası üzrə Dünya Kuboku ilə start veriləcək.

Fanat.Az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək yarışda 14 ölkədən 63 idmançının iştirakı gözlənilir.

Onlar Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar. Yarışların ilk günü təsnifat mərhələsi, ertəsi gün kişilər arasında ikinci təsnifat, həmçinin kişi və qadınlar arasında final mərhələləri keçiriləcək.

Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.

Tanınmış batutçulardan isə Belarus təmsilçiləri, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi, dünya çempionu Vladislav Qonçarov, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviç, 5 qat dünya və 5 qat Avropa çempionu Oleq Ryabtsov, Rusiya təmsilçisi, 2021-ci dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionu Yana Lebedeva, İsveç təmsilçisi, üç qat dünya və Avropa çempionu Lina Syoberq, Avstriya təmsilçisi, yeniyetmələr arasında Olimpiya Oyunlarının bürünc mükafatçısı Benni Vizani, Gürcüstan təmsilçisi, Avropa Oyunlarının gümüş mükafatçısı Lyuba Qolovina Dünya Kubokunda mübarizə aparacaq.

Yarış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə ölkədə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yeni olimpiya tsiklində batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçı sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Xatırladaq ki, batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq beşinci dəfədir təşkil olunur.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 May 2024
14:42

"Atalanta" Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə...

14:25

"Bütün rəqiblər Mbappeni "bağlamaq" istəyirlər, amma..." - "Borussiya"nın baş məşqçisi

14:07

Jorjinyonun aqibətinin necə olacağı bilindi

13:50

"Prezident Kuboku" beynəlxalq reqatası Füzulidə keçirilə bilər

13:32

"Evdəki oyundan sonra finala yüksələcəyimizə əminik" - Toni Kroos

13:14

"Biz "Real"dan daha yaxşı oynadıq" - Yozua Kimmix

12:55

İspaniya bütün turnirlərdən kənarlaşdırılır - Bu tarixə qədər möhlət verildi 

12:37

Krivotsyuk oynadı, komandası...

12:20

"Bayern Münhen" - "Real Madrid" matçında 4 qol - VİDEO

12:03

"Real" buna görə bizi cəzalandıra bilər" - Harri Keyn

11:44

"Prezident Kuboku 2024"-ün açılış mərasimi keçirildi

11:30

Minifutbol: Millimiz Monteneqroda son sınağına çıxır

11:12

"İçimdə belə bir hiss var ki..." - Karlo Ançelotti

10:54

"Səbail" "Sabah"a məğlubiyyətin üzüntüsünü "Çıraq Palas"da atdı

10:36

"O, mütləq "Santyaqo Bernabeu"da "Real"a qol vuracaq - Tuxel proqnoz verdi

10:18

Qriliş "Mançester Siti"dən gedəcək, İngiltərədən yox

10:00

"Bir qədər üzücüdür, amma..." - Musiala "Real"la oyundan danışdı

09:42

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:21

"Bayern" - "Real" matçının ən yaxşı oyunçusu müəyyənləşdi

09:00

ÇL: PSJ-nin Almaniya sınağı - YENİLƏNİR

00:57

ÇL: "Bayern" - "Real" oyununda məhsuldar heç-heçə

30 Aprel 2024
23:14

İki Azərbaycan idmançısı Paris - 2024-ə vəsiqə qazandı

21:20

"Ten Haq Ronaldu ilə münaqişədən sonra hörmətini itirdi"

20:00

"Mabppe ilə finalda qarşılaşsaq, onu qazona yaxacam" - Antonio Rüdiger

19:27

Azərbaycan millisi Rumıniyaya uduzdu

19:00

II Liqa: "Füzuli" büdrədi, "Baku Sportinq" fərqi artırdı

18:45

"Barselona" qışda aldığı futboloçunu göndərir

18:07

Kan "Bayern" - "Real" duelindən öncə paylaşım etdi

17:41

Ülviyyə Avropa çempionu oldu, FIDE reytinqində irəlilədi

17:23

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

17:02

İnsident zamanı Salahın Kloppa nə dediyi məlum oldu

16:42

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

16:23

"Bu oyunun favoriti "Bayern"dir" - Lotar Matteus

16:04

"Səkkizillik müqavilələr bütün tərəflərdən çox pisdir" - Nevill "Çelsi"ni tənqid etdi

15:49

“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirildi

15:28

"Fire League": Qrup mərhələsi başa çatdı

15:10

Levandovski "Barselona"nın tarixinə düşdü

14:52

"Qarabağ"la son oyunlarımızı analiz edəcəyik" - Ağadadaş Salyanski

14:33

"İdmançılarımız avarçəkmədə elə nəticələr əldə edirlər ki..." - Elman Nəsirov

14:15

Ronaldo "Kruzeyro"nun səhmlərinin nəzarət paketini satdı - Növbədə "Valyadolid"dir

Facebookdan bizi izləməyi unutmayın.
X