Futbol üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün AVRO-2020-nin 1/8 final mərhələsi yekunlaşacaq.
Öncə Londondakı "Uembli” stadionunda İngiltərə yığması Almaniya ilə üz-üzə gəlib. İkinci yarıda 2 qol vuran ingilislər adını 1/4 finala yazdırıb.
Günün digər qarşılaşması isə Qlazqodakı "Hempden Park” stadionunda keçirilib. Şotlandiyadakı görüşdə İsveç və Ukrayna milliləri münasibətlərinə aydınlıq gətirib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub. Azlıqda qalan Skandinaviya təmsilçisini meydanın özünə aid hissəsinə sıxışdıran Andrey Şevçenkonun komandası 120+1-ci dəqiqədə qələbə qolunu vuraraq tarixində ilk dəfə 1/8 finalında oynadığı AÇ-nin 1/4 final mərhələsinə yüksəlib.
1/4 finalda Ukrayna və İngiltərə milliləri qarşılaşacaq.
AVRO-2020
1/8 final
29 iyun
20:00. İngiltərə – Almaniya 2:0
Qollar: Rahim Sterlinq, 75; Harri Keyn, 86
Baş hakim: Danni Makkeli (Niderland).
London. "Uembli” stadionu.
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 25. Bukayo Saka.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 11. Timo Verner, 18. Leon Qoretska, 20. Robin Qosens, 25. Tomas Müller.
23:00. İsveç – Ukrayna 1:2
Qollar: Emil Forsberq, 43 - Aleksandr Zinçenko, 27; Artyom Dovbik, 120+1
Qırmızı vərəqə: Markus Danielson, 98 (İsveç)
Baş hakim: Daniele Orsato (İtaliya).
Qlazqo. "Hempden Park” stadionu.
İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson (k), 8. Albin Ekdal, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 21. Deyan Kuluşevski, 24. Markus Danielson.
Ukrayna: 1. Georgi Buşçan, 4. Sergey Krivçov, 5. Sergey Sidorçuk, 6. Taras Stepanenko, 7. Andrey Yarmolenko (k), 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol