15:49 12.04.2021 1247

Dadaş Dadaşbəyli: "İki ermənini qabaqladım"

Azərbaycan ağırlıqqaldıranı, Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında 102 kq çəki dərəcəsində iki hərəkətin cəmində bürünc medal qazanmış Dadaş Dadaşbəylinin müsahibəsi

- Avropa çempionatında birdən qaldırmada 177 kq-ın öhdəsindən gələrək, birinci yeri tutdunuz. Təkanla qaldırmada isə 202 kq-ı başınız üzərinə qaldıraraq, ümumi sıralamada bürünc medal qazandınız. Təəssüratlarınız necədir?
- Bəli, böyüklər arasında Avropa çempionatında toplam nəticədə bürünc medal qazandım, birdən qaldırma hərəkətində isə "kiçik qızıl"a yiyələndim. Bu, mənim üçün gözlənilməz nəticədir. Əlbəttə, çox sevincliyəm. Sıralamada iki ermənini də qabaqladım. Bu amil mənim üçün çox gözəl stimul oldu. Bu, bütün idmançıların yaşamaq istədiyi hissdir.

- Birdən qaldırmada birinci, təkanla qaldırmada isə yeddinci oldunuz. Yəni, birinci olduqca uğurlu, ikinci isə nisbətən uğursuz nəticədir. Fərqin bu qədər çox olmasının səbəbi nədir?
- Sağ dizimdən əməliyyat olunmuşdum. Əməliyyatdan sonra yarışa tam hazırlaşmaq üçün vaxtımız olmadı. Ayaqlarım zəifləmişdi. Bilirsiniz ki, ağırlıqqaldıranın canı ayaqlarında olur. Ona görə birdən qaldırmada nəticəm zəif oldu.

- Sizi Avropa çempionatına Avropa və 3 qat dünya çempionu Nizami Paşayev hazırlayırdı. Uğur qazanmağınızda onun nə dərəcədə rolu odu?
- Nizami müəllimin rolunu desəm, gərək, yarış haqqında heç nə danışmayaq (gülür). Doğrudan da, pandemiyanın hökm sürdüyü bu dövrdə və qısa vaxt ərzində böyük iş gördü. İdman arenalarından illərdir uzaq qalmış, ağır travma almış və yenicə əməliyyat olunmuş birini yarışa hazırlamaq elə də asan deyil. Məşqçim olduğu üçün demirəm, amma heç kimin bacara bilməyəcəyi bir işi qısa müddətdə gördü. Heç vaxtdan məndən öz dəstəyini əsirgəmədi. Qısa zamanda hazırlaşdığımız yarışda qalib gəldim. Nizami müəllim olmasaydı, mən bu işin öhdəsindən gələ bilməzdim. Ümid edirəm ki, bundan sonra hər şey daha yaxşı olacaq.

- 2015-ci ildə dopinqə görə yarışlardan 4 il müddətinə kənarlaşdırılmışdınız. Həmin hadisəni necə xatırlayırsınız?
- Həmin vaxt ağırlıqqaldırma üzrə millinin baş məşqçisi Miroslav Çorosun səhvi nəticəsində 4 illik diskvalifikasiya olundum və idmandan ayrı qaldım. Gənc idmançının parlaq nəticələr verdiyi bir vaxtda idmandan kənarda qalması çox ağırdır. Bu vəziyyətdən məşqçilərim Şəmsi Səfərli və Nizami Paşayevin sayəsində çıxdım. Yarışlara qaldığımız yerdən davam etməyə başladım.

- Məşqçinin səhvi deyərkən, konkret olaraq nəyi nəzərdə tutursunuz? Bir az ətraflı məlumat verərdiniz...
- Çorosun bizə verdiyi idman vitaminizasiyasında qadağan olunmuş preparat aşkarlandı. Onda gənc idim, 18 yaşım var idi. Bildiyim yeganə şey odur ki, baş məşqçinin səhvi ucbatından Azərbaycan idmançıları diskvalifikasiya ilə üzləşdilər.

- Həmin hadisədən sonra çoxları sizin yenidən idmana qayıdıb nəticə verəcəyinizə inanmırdı. Hətta idmanı atacağınızı düşünənlər belə, var idi. Necə bacardınız?
- Həqiqətən də bu söhbət gündəmdə idi. Deyirdilər ki, Dadaş bacarmayacaq, 6 ildən sonra idman arenasına çıxıb, nəticə verə bilməz. Xüsusilə də böyüklər arasında uğur qazanacağıma inanmırdılar. Amma ortada bacara, özümü sübut edə biləcəyim bir məsələ varsa, mənim işim yalnız nəticə verməkdir.

- Özünüz necə, həmin ərəfədə idmanla vidalaşmağı düşünürdünüz?
- Bəli, çox düşündüm. Amma həyatda özümü idmandan başqa sahədə tapa bilmədim.

- İdmandan 4 il kənarda qalmaq karyeranıza necə təsir etdi?
- Doğrudan da bunun karyerama çox böyük təsiri oldu. Bakı-2017 IV İslam Həmrəylik Oyunlarında iştirak edə bilmədim. Halbuki asanlıqla qalib ola bilərdim. Həmçinin Rio-2020 Yay Olimpiya Oyunlarından kənarda qaldım. Orada da fəxri kürsüyə çıxmaq şansım var idi. Qismət belə imiş. Əsl idmançı kimi səbrlə gözlədim. İndi isə məşqçilərimlə birlikdə öz addımlarımı daha sağlam atmağa başlamışam.

- Yenidən eyni hadisə ilə üzləşməkdən qorxmursunuz?
- İnanıram ki, hər şey yaxşı olacaq. Yuxarıda da qeyd etdim ki, o zaman idmanda gənc, təcrübəsiz idim. İndi isə öz mövqeyimdə kimlərlə addımladığımı yaxşı bilir, məşqçilərimə inanıram.

- Tokio olimpiadasına lisenziya qazanmaq şanslarınızı necə qiymətləndirirsiniz?
- Bizdə qayda belədir ki, olimpiadaya lisenziya qazanmaq üçün 6 yarışda iştirak etməlisən. Mən isə məlum səbəbdən beynəlxalq turnirlərə qatıla bilmədiyim üçün budəfəki olimpiadanı buraxacağam.

- Bu il Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirakınız gözlənilir?
- Bəli, bu yarışda iştirak edəcəyəm. Hazırda bütün diqqətimi oraya yönəltmişəm. Qarşıdakı əsas hədəfim V İslam Həmrəylik Oyunları və dünya çempionatıdır. Bu yarışlarda daha uğurlu çıxış etmək istəyirəm.

- Hazırda çıxış etdiyiniz 102 kq olimpiya çəkisi deyil. Növbəti olimpiadada hansı olimpiya çəki dərəcəsini özünüzə daha uyğun hesab edirsiniz?
- V İslam Həmrəylik Oyunları və dünya çempionatına 109 kq-da hazırlaşacağam. Bu çəki dərəcəsini özümə daha uyğun hesab edirəm.

- Azərbaycanda hər zaman ən ağır çəkilərdə problem olub. Ona görə legioner gətirməyə məcbur qalıblar. Avropa çempionatındakı nəticəniz ağır çəkidə nə dərəcədə daha böyük uğurların təminatçısıdır?
- Bütün idman növlərində legionerlər yer alır. Amma bizdə ağırlıqqaldırma idman növü daha da inkişaf edəcək. Çünki bütün idmançılarımız açılış gözləyirdi və bu açılışı da xeyirlisi ilə biz etdik.
 
Mənbə: Report.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyun 2026
01:34

106 milyon yetmədi, görün indi nə qədər istəyirlər

00:36

"Turan Tovuz"dan ayrılan Ozobiç yeni mövsümə harada başlayacaq?

10 İyun 2026
23:33

Holand və komandası Amerikaya görün nə apardı!

23:08

Tarixi rekordun sonu çatır: Messi, yoxsa Mbappe?

22:43

"Barselona"nın transfer siyahısı bəlli oldu

22:13

Lənkəranda güləş festivalı keçirildi

21:44

"Turan Tovuz" Filip Ozobiçlə vidalaşdı

21:21

Raul Ximenes "Vulverhempton"a geri döndü

20:51

Aykut Kocaman yenidən "Fənərbağça"da?

20:12

"Mançester Yunayted" İtaliya millisinin gənc ulduzunu hədəfə alıb

19:51

Xabi Alonso "Çelsi"də toxunulmaz futbolçuların siyahısını müəyyənləşdirib

19:25

Xorxe Mendes üç müştərisini "Real Madrid"ə təklif etdi

18:41

Tələbə Basketbol Liqasının mükafatçıları bəlli oldu

18:12

"Fiziki gücü artıq 20 il əvvəlki qədər deyil, lakin..."

17:44

"Şəfa" daha üç futbolçu ilə yollarını ayırdığını açıqlayıb

17:32

Azərbaycanın şito-ryu karate yığması AÇ-də 8 medal qazandı

17:11

"Belçikadan gözləntilər böyükdür, amma..." - Eden Hazar

16:53

Azərbaycan Mərakeşdə keçiriləcək dünya çempionatına 5 yelkənçi ilə qatılacaq

16:21

"Tottenhem"də yeni müqavilə - RƏSMİ

16:03

"Qazaxıstanın qarşısında aciz görünməyimiz ciddi siqnaldır" - Həsənov problemləri sadaladı

15:44

"Barselona" Raşfordla bağlı qərarını qətiləşdirdi - SON DURUM

15:26

İstanbul təmsilçisi Şevalye üçün PSJ-yə təklif göndərməyə hazırlaşır

15:07

Norveç millisi mundiala xüsusi tədarüklə yollanacaq

14:49

"Mançester Yunayted" 6 futbolçusu ilə vidalaşdığını rəsmən açıqladı

14:30

Argentina millisinin qapıçısı İtaliya klubuna keçir - Maaşı açıqlandı

14:12

İspaniya futbolunda qalmaqal - Klub rəhbərliyi La Liqadan düşəcəklərinə pul qoyuluşu edib

13:53

"Messini məğlub edəcəyik" - Əlcəzairli futbolçu meydan oxudu

13:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:21

"Şəfa" növbəti transferini rəsmiləşdirdi

13:04

DÇ-2028: Azərbaycanın yer aldığı səbət bilindi

12:46

"Qəbələ"də növbəti ayrılıq - RƏSMİ

12:27

"Şamaxı"nın rəqiblərindən biri müəyyənləşdi

11:59

Qlasner İtaliya nəhəngini çalışdırmağa yaxındır - SON DURUM

11:40

Balau "Şamaxı"nı "Turan Tovuz"a dəyişdi - RƏSMİ

11:28

Əziz Yıldırımdan Salah açıqlaması: "Fənərbağça"dan nə qədər maaş istədiyi bilindi

10:54

"Qrupda 12 xal qazansaq da..." - Azərbaycan millisinin baş məşqçisi

10:33

Qvardiola "Jirona"nın La Liqadan düşməsinin səbəbini açıqladı

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:51

Messiyə 2 dəqiqə kifayət etdi, Argentina darmadağınla qalib gəldi - VİDEO

09:30

DÇ-2026-da ilk turun oyun cədvəli: Braziliya, Fransa və İngiltərə əsas rəqiblərinə qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X