08:00 12.03.2023 1781

"Onunla tez-tez danışıram, çox da yaxşı oynamadı" - Canni de Byazi

Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Qəbələ" (1:1) matçını izləyənlər arasında millimizin baş məşqçisi Canni de Byazi var idi. Matçın ardından jurnalistlərin əhatəsinə düşən italiyalı mütəxəssis Fanat.Az-ın əməkdaşının da suallarını cavablandırdı.

- Görüş haqda fikirlərinizi bilmək maraqlı olardı...

- Bu gün çox gözəl oyun oldu. Son saniyəyə kimi meydanda mübarizə gedirdi. Dünən Gəncədə də maraqlı matç izlədik. "Kəpəz"in daha çox qol imkanları oldu, çox yaxşı oynadılar. Qələbə qazana da bilərdilər. İzlədiyim hər iki görüş balanslı şəkildə keçdi.

- Bölgələrdə olan ab-hava haqda nə deyə bilərsiniz?

- Çox gözəl idi. Gəncədə oyun həftəiçi keçirildi. Düşünürəm ki, şənbə-bazar günləri matçlara daha çox azarkeş gəlir. Televiziyadan izləyəndə görmüşəm. Belə ab-havadan çox xoşum gəlir. Azarkeş dəstəyi futbolçuları da irəli atılmağa sövq edir.

- Bakıdakı oyunları izləmək maraqlıdır, yoxsa bölgədə?

- Ab-hava baxımından bölgələrdə daha yaxşıdır. Çünki bu tribunalarda çoxlu azarkeş var. Amma Bakıda keyfiyyət baxımından daha güclü komandalar oynayır. Həmin klublarda millinin daha çox oyunçusu var.

- Bu iki gün yeni kəşflər baxımından sizə nə verdi?

- Bütün matçlara baxıram. Hər oyun mənə mesaj verir. Köməkçilərimlə birlikdə hər şeyə nəzarət edirik. GPS-lə bütün futbolçuları izləyirik. Bunun nəticəsində kimin hansı formada olduğunu bilirik.

- Millidə yeni adlar olacaq?

- Bir həftə sonra biləcəksiz.

- Mövsümün sonunda bir komanda elitanı tərk edəcək. Son pillələrdə olan komandalar arasında amansız rəqabət var. Bunun yığmaya xeyri haqda nə deyə bilərsiz?

- Bu, çox yaxşıdır. Çempionatı heç kim tərk etməyəndə rəqabət olmur. Təzyiqin olması müsbət haldır. Çünki çempionatda fərqli ab-hava yaradır.

- Maksim Medvedev milliyə çağırılacaq?

- Bir həftə gözləyin.

- Mahir Emrelinin durumu sizi qane edir?

- Onunla tez-tez danışıram. Oyunlarını izləyirəm. Son matçda 58 dəqiqə oynadı. Çox da yaxşı oynamadı. Amma ilk matçı idi. Ümid edirik ki, yaxşı formada olacaq. Fiziki baxımdan hazır olması bizim üçün üstünlükdür.

- Anton Krivotsyukla Renat Dadaşovu izləyirsiz?

- Hazırda Renat yaxşı formadadır. Bütün oyunlarını izləyirəm. Antonun komandası bu gün səhər oyun keçirdi. Görüş 0:0 hesablı bərabərliklə bitdi.

- Millidə olacaqlar?

- Əlbəttə.

- Milli son 5 matçda daha cəsarətli futbol oynadı. Həmin cəsarəti növbəti oyunlarda görə biləcəyik?

- Maksimumumuzu göstərməyə çalışacağıq. Uduzmaq üçün oynamırıq. Bəzən elə rəqib olur ki, bizdən güclüdür, daha motivasiyalı olurlar, topla yaxşı davranırlar.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

Facebookdan bizi izləməyi unutmayın.
X