
Bu gün Misli Premyer Liqasının iki təmsilçisi "Sumqayıt"la "İmişli" yoxlama oyununda üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qarşılaşmanın start fiti saat 18:30-da səsləndiriləcək.
Yoxlama oyunu
18:30. Sumqayıt - İmişli
Qeyd edək ki, ötən mövsüm Premyer Liqadakı mübarizəni 33 xalla 8-ci pillədə başa vurub. Komanda bir müddət öncə İliçə tapşırılıb. "İmişli" ötən mövsüm 1-ci Liqada 2-ci yeri tutaraq elitada oynamaq hüququ qazanıb. Aran təmsilçisini portuqaliyalı mütəxəssis Jorje Kaşkilya çalışdırır.
Nihat