
"Şahdağ Qusar"a keçməyimin əsas səbəbi baş məşqçi postuna Füzuli Məmmədovun gətirilməsidir. Hər zaman oyunçuların arxasında duran, futbolçuları inkişaf etdirən mütəxəssidir. Füzuli müəllimin intizama xüsusi diqqət ayırdığını əvvəldən bilirdim. Onun futbol fəlsəfəsini çox bəyənirəm".
Bu sözləri Fanat.Az-a açıqlamasında Qusar təmsilçisinin yarımmüdafiəçisi Seymur Məmmədov deyib.
Orta xətt oyunçusu ilk 3 oyunda 3 qələbə qazanmalarına belə münasibət bildirib: "Hazırlığa vaxtında başladıq. İstər taktiki-texniki, istərsə də fiziki planda çox işlər gördük. Ümumilikdə mövsümə hazırlıq dönəmində ağır məşqlərimiz oldu. Yüksək səviyyədə sınaq matçları keçirdik. İlk üç oyunda maksimum nəticə qazanacağımızı əlbəttə ki, gözləyirdim. Çünki baş məşqçi bizə, biz də ona güvənirik. Komandada əla ab-hava var. Verilən tapşırıqları can-başla yerinə yetiririk. Amma yaxşı başlanğıc bizi arxayınlaşdıra bilməz. Daim irəli baxmalıyıq. Qarşıda hələ 20-dən çox oyunumuz var".
Seymur "çempion olacağınıza inanırsanmı" sualını da cavabalandırıb: "Çox inanıram. Çünki bizə komanda olaraq yaxşı şərait yaradılıb. Rəhbərlik də texniki heyətin arxasındadır. Hər hansı problemimiz yoxdur. Uğurlu çıxışın ardını gətirməli, qarşımıza qoyulan hədəfə çatmalıyıq".
Nihat