Azərbaycanın U-21 yığmasının sabiq üzvü Dmitri Nağıyevin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı müdafiəçi karyerasını Litvada davam etdirəcək. "Stumbras” klubuna keçən futbolçu artıq bu komandanın heyətində Litva çempionatında debüt matçına da çıxıb.
Qeyd edək ki, Nağıyev bu yay "Qarabağ Vyana”dan "Sumqayıt"a keçib. Daha sonra Portuqaliyanın "Cova da Piedade" klubu ilə müqavilə bağlasa da, bu komandadan da ayrılıb.
2012-ci ildən "Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Nağıyev ötən mövsümü Vyana "Qarabağ”ında (15 oyun, 1 qol) keçirib.
Fanat.Az