19:23 13.02.2021 755

Ayxan Abbasov: "Küləyin verdiyi üstünlüklə qollar vurduq"

"İlk öncə, Premyer Liqanın üçüncü dövrəsinə qələbə ilə başlamaq istəyirdik. Rəqibimiz bundan əvvəl Azərbaycan Kubokunda da qarşılaşdığımız, çempionatın baxımlı oyun sərgiləyən komandalarından biri olan "Səbail” idi. Havanın küləkli olmasına baxmayaraq, olduqca maraqlı oyun alındı. İlk hissədə küləyin üstünlüyü bizim tərəfimizdə olduğundan fasiləyə iki qolla yollandıq. Bunun məntiqi nəticəsi kimi daha ağıllı, daha tədbirli oynamağa başladıq. Futbolçularım verilən tapşırıqları oyun ərzində uğurla icra etdilər. Qələbə münasibəti ilə komandamı və azarkeşlərimizi təbrik edirəm. "Səbail” klubuna və özümüzə gələcək oyunlarda uğurlar arzulayıram”.

Fanat.Az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis qələbə ilə yanaşı, gənc futbolçuların xidmətindən də yararlandığını bildirib: "Gənc futbolçularımız çoxdur. Bu gün uzatma dəqiqələrində 17 yaşlı Sənan Ağayevə ilk dəfə şans verdik. Sənan potensiallı futbolçudur. Onu ab-havanı hiss etmək üçün meydana buraxdıq. Akademiyanın hər bir üzvü öz üzərində çalışmalıdır. Qış fasiləsindən sonra hər kəsə inandığımı demişdim. Bu gün müdafiədə itkilərimiz çox idi. Eltun Turabova şans verdik və bizi qane etdi. Heyətimizdə yetərincə futbolçu var. Gələcəkdə də gənclərə şans verməyə çalışacağıq".

Abbasov komandasının heyətində yetərincə futbolçunun olduğunu və onların hər birinə inandığını söyləyib. Baş məşqçi Azərbaycan Kubokunun 1/4 finalında mübarizədən kənarlaşdırdıqları "Səbail"ə çempionat oyununda da qalib gəlmələrini rəqibin zəifliyi ilə əlaqələndirməyib: "Səbail" taktiki baxımdan ən düzgün oynayan komandalardan biridir. Həmkarım Aftandil Hacıyev əlindəki materialla bunun öhdəsindən gəlməyə çalışır. Qış fasiləsinin müddəti az idi. Futbolçularımızın get-gedə formaya düşməsi yaxşı oyunumuzun nəticəsi idi. Məqsədlərimizdən biri budur ki, rəqibin kimliyindən asılı olmayaraq, futbolçular oyunlara ciddi hazırlaşsınlar".".

Təcrübəli mütəxəssis hazırda "Səbail"də çıxış edən Amil Yunanovun keçmiş komandası "Sumqayıt" barədə alçaldıcı fikirlərinə də münasibət bildirib: "Mənim komandamda da digər klublardan gələn futbolçular var. Onlar da keçmiş klublarına qarşı istəkli olurlar. Amma sabiq komandana qol vurduqdan sonra Amil kimi yox, peşəkar formada normal açıqlama da vermək olardı. Mən hər bir futbolçuya şans vermişəm. Kimsə bizdən narazıdırsa, buna heç cavab vermək də istəmirəm. Hər kəsə uğurlar arzulayıram".

Abasov növbəti tur evdə "Qarabağ"la keçirəcəkləri oyuna da ciddi hazırlaşacaqlarını söyləyib: "Rəqib barədə geniş danışmağa ehtiyac yoxdur. Yaxşı nəticə üçün əlimizdən gələni etməyə çalışacağıq". (Report.az)
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X